Icma.az
close
up
RU
Masallıda gündəlikdə duran məsələlər gündəlik həllini tapır

Masallıda gündəlikdə duran məsələlər gündəlik həllini tapır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəhbər şəxslərin sıravi vətəndaşlarla hər görüşü bir tarix, təəssürat və xatirədir. Azərbaycan Prezidenti İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə, ayrı-ayrı sahələrin adamları ilə müntəzəm görüşləri bu baxımdan hər bir məmur üçün gözəl nümunə sayılır. Eyni zamanda, bu örnək ölkə başçısına son dərəcə inanan, onun siyasətini ürəkdən bəyənən, yazılı və ya şifahi müraciətlərinin mütləq diqqət çəkəcəyinə əmin olan vətəndaşların dövlətçiliyimizə etiqadını birə-beş gücləndirir.  

Masallı Rayon İcra Hakimiyyətində də illərdir ki, idarəetmənin canlı ünsiyyət formalarına üstünlük verilir. Rayon rəhbərliyi vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşır, qayğılı münasibət göstərir. Yerli icra orqanının cari və perspektiv fəaliyyət planları müəyyənləşdirilərkən əhalinin təkliflərinə, onu narahat edən məsələlərə də mühüm önəm verilir. Ötən həftə keçirilən qəbullar bu baxımdam istisna deyil.

Yeyənkənd ərazisinin Xəlfələr kəndində sakinlərlə növbəti səyyar görüş-qəbulu açan  RİH  başçısı Araz Əhmədov ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə geniş çıxış  edərək bildirmişdir ki, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Görüşdə məlumaqt verilmişdir ki, ərazidə keçirilən əvvəlki qəbul zamanı 2 nəfər vətəndaş tərəfindən 2 məsələ qaldırılmışdı. Həmin məsələlərə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılmış, həlli mümkün olan məsələ müsbət həll olunmuş, zaman tələb edən məsələ isə nəzarətə götürülmüşdür. Müraciətlər əhalini narahat edən sosial və şəxsi xarakter daşıyan məsələlərlə bağlı idi.   

Bir gün sonra rayon mərkəzində İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti qəbulunda müxtəlif yaşayış məntəqələrindən olan vətəndaşlar iştirak etmişlər. Onlar narahat edən sosial-məişət, məşğulluq və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırmışlar. Rayon rəhbəri hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir.   

Bir sıra müraciətlər yerindəcə həll olunmuş, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə müvafiq struktur bölmələrinə göstərişlər verilmiş və icrası nəzarətə götürülmüşdür. 

Onu da qeyd edək ki, şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Masallı rayonunda ardıcıl belə işlər görülür. Rayon rəhbəri daim öz çıxışlarında şəhidlərin xatirəsinin əziz tutulmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayır və bu sahədə görülən işlərin davamlı xarakter daşımasına çalışıldığını qeyd edir.

Bu ilin əvvəlindən Araz Əhmədov Ərkivan, Həsənli, Təzə Alvadı, Boradigah, Türkoba, Sərçuvar, Öncəqala, Təzəkənd, Göyəçöl, Çaxırlı, Qızılavar, Şərəfə, Güllütəpə, Bədəlan, Yeyənkənd və Xəlfələr kəndlərində olub, Vətən uğrunda canından keçmiş igidlərin məzarlarını ziyarət edib, həmçinin şəhid ailələrinin sosial qayğıları ilə maraqlanıb. Rayon rəhbərliyinin şəhər xəstəxanasında müalicə alan şəhid atası Aqil Nağıyevlə və Hişkədərə kəndində səhhətində problem yaranmış şəhid atası Həzrətqulu Lələyevlə görüşləri də xəstələrə əsl mənəvi dəstək olub. Viləş kəndində şəhid qardaşlar – Nurlan və İntiqam Əsgərlilərin ev muzeyi ziyarət edilib, məlum Aprel döyüşlərinin qəhrəmanı olan Nurlanın anım mərasimi keçirilib. 

Rayon sakinləri, şəhid ailələri, qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallının icra başçısına dərin minnətdarlıqlarını ifadə edirlər.   

Əlihüseyn ŞÜKÜROV,

Masallıda çıxan “Yeni həyat” qəzetinin və eyni adlı saytın baş redaktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Aprel 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri