Icma.az
close
up
RU
Masallıda narkomanlığa qarşı maarifləndirici aksiya təşkil olunub

Masallıda narkomanlığa qarşı maarifləndirici aksiya təşkil olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Masallı Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirib.

Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana haqqında həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yeni əyani vəsaitlər paylanılıb.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə, xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunub. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilib, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see343

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see197

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see188

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see141

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri