Masazırda sürücülər faciənin bir addımlığında: Avtomobillər quyuya düşür VİDEO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Masazır kəndində yolun hərəkət hissəsində qapağı olmayan baxış quyusu avtomobillərin hərəkəti üçün ciddi təhlükə yaradıb. Hadisə Əliağa Vahid küçəsində qeydə alınıb.
Bizim.Media xəbər verir ki, ərazidə yaşayan sakinlərin sözlərinə görə, gün ərzində çoxsaylı avtomobil quyuya düşür.
"Avtomobilimin qabaq təkəri quyuya düşdü. Ətrafdakı insanların köməyi ilə maşını oradan çıxardıq", - deyə sürücülərdən biri qeyd edib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Masazırda Əliağa Vahid küçəsində yolun hərəkət hissəsində yerləşən baxış quyusunun qapağının olmaması ilə bağlı daxil olan müraciət Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən operativ şəkildə araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda baxış quyusunun qapağının naməlum səbəbdən yerində olmaması müəyyən edilib.
Qurumdan qeyd olunub ki, faktla bağlı hüquq-mühafizə orqanlarına araşdırma aparılması məqsədilə məlumat verilib və baxış quyusunun qapağı qısa müddətdə yenisi ilə əvəz olunub.
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 30 İyun 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















