Masazırda avtomobillər niyə quyuya düşür?
Icma.az bildirir, Milli.az portalına istinadən.
Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində yolun hərəkət hissəsində qapağı olmayan baxış quyusu sürücülərin narazılığına səbəb olub. Sakinlərin sözlərinə görə, gün ərzində bir neçə avtomobil quyuya düşərək zədələnib.
Milli.Az xəbər verir ki, sürücülər bildirib ki, avtomobilinin ön təkəri quyuya düşüb və ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsini çıxara bilib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıqlama verərək bildirib ki, daxil olan müraciətdən sonra əraziyə baxış keçirilib və quyunun qapağının naməlum səbəbdən yerində olmadığı müəyyən edilib.
Qurumun məlumatına görə, hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib, baxış quyusunun qapağı isə qısa müddətdə yenisi ilə əvəz olunub.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 30 İyun 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















