Maşın kanala AŞDI: 6 yaralı var FOTOlar
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Lənkəran rayonunda avtomobil yoldan çıxaraq aşıb.
Milli.Az "Report"a istinadən xəbər verir ki, rayonun Qurumba kəndi ərazisində Lənkəran şəhəri istiqamətində hərəkətdə olan "Audi Q-7" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında qaz borusuna çırpılıb, daha sonra suötürücü kanala aşıb.
Qəza nəticəsində avtomobildə olan altı nəfər yaxın qohumlar - 1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova, 2019-cu il təvəllüdlü R.Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu Qurbanov, 2014-cü il təvəllüdlü F.Qurbanov, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova və 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Onlara ilkin tibbi xidmətlər göstərildikdən sonra müalicələrin davamı üçün müvafiq şöbələrə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Baxış sayı:127
Bu xəbər 23 Mart 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















