“Maşın Şou” üçün geri sayım başladı Xəzər TV dən açıqlama
Icma.az bildirir, Modern.az portalına istinadən.
Xəzər TV-nin efirində yayımlanan və uzun illərdir tamaşaçıların böyük marağına səbəb olan “Maşın Şou”nun yeni mövsümünün nə vaxt başlayacağı ilə bağlı gözləntilər artır.
Telekanal bir müddət əvvəl “Maşın Şou”nun yeni buraxılışının tezliklə yayımlanacağı ilə bağlı anons təqdim edib. Lakin şounun dəqiq yayım tarixi, aparıcısının kim olacağı və yeni mövsümdə hansı məşhurların iştirak edəcəyi hələlik açıqlanmayıb.
Məsələ ilə bağlı Modern.az Xəzər TV-nin Mətbuat xidmətinə sorğu ünvanlayıb.
Mətbuat xidmətindən saytımıza bildirilib ki, hazırda “Maşın Şou”nun yeni mövsümü ilə bağlı əlavə məlumat verilməyəcək.
“Belə bir məlumat olarsa, bildirərik”, – deyə Xəzər TV-dən qeyd olunub.
Qeyd edək ki, “Maşın” realiti-şousu ilk dəfə 2005-ci ildə Lider TV-də yayımlanıb. Layihənin müəllifi və aparıcısı hazırda Xəzər TV-nin direktoru olan Xalq artisti Murad Dadaşov olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 20 Avqust 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















