Icma.az
close
up
RU
Maşın təkərlərinin qara olmasının SƏBƏBİ BU İMİŞ

Maşın təkərlərinin qara olmasının SƏBƏBİ BU İMİŞ

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Avtomobil təkərlərinin niyə məhz tam qara rəngdə olması uzun illərdir maraq doğuran mövzular sırasındadır. Əslində ilk istehsal olunan təkərlər açıq rəngdə idi. Lakin istehsalçılar zamanla qara rəngin sadəcə estetik bir seçim olmadığını, eyni zamanda təkərlərin dözümlülüyünü ciddi şəkildə artırdığını kəşf etdilər.

“Yeni Sabah”ın araşdırmalarına əsasən, müasir dövrdə avtomobil təkərlərinin qara olmasının əsas səbəbi istehsal zamanı rezinə əlavə edilən "karbon qarası" (dəm qazı hisi/karbon qara) adlı maddədir. Bu material təkərlərin günəş şüalarına, yüksək temperatura və sürtünməyə qarşı daha davamlı olmasını təmin edir. Həmçinin təkərlərin ömrünü uzadır və yol tutumunu (tormozlanma keyfiyyətini) yaxşılaşdırır.

İlk dövrlərdə təbii rezindən (kauçukdan) istehsal edilən açıq rəngli təkərlər temperatur və günəş işığı səbəbindən daha tez sıradan çıxırdı. İstehsalçılar rezinə karbon qarası əlavə etməklə bu problemi böyük ölçüdə həll etdilər. Karbon qarası təkərin strukturunu gücləndirir, çatlama və aşınma riskini azaldır. Bunun sayəsində təkərlərdən daha uzun müddət istifadə etmək mümkün olur və sürüş təhlükəsizliyi artır. Pepperoni pizza

Ekspertlərin fikrincə, qara rəng istiliyi daha balanslı şəkildə paylayır və təkərlərin yüksək sürətdə məruz qaldığı çətin şərtlərə qarşı dözümlülük yaradır. Məhz bu səbəbdən dünyadakı avtomobil, yük maşını və motosiklet təkərlərinin böyük hissəsi qara rəngdə istehsal olunur.

Hazırda fərqli rənglərdə konseptual təkərlər hazırlansa da, dözümlülük və performans baxımından karbon qarasından istifadə edilən qara təkərlər sektorun dəyişməz standartı olaraq qalmağa davam edir.

Cəlalə Cəlalqızı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyun 2026 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri