Icma.az
close
up
RU
Maşın təmiri sexləri Bağ küçəsinin sakinlərinə dağ çəkir: Nə gecəmiz var, nə gündüzümüz...

Maşın təmiri sexləri Bağ küçəsinin sakinlərinə dağ çəkir: Nə gecəmiz var, nə gündüzümüz...

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nizami rayonu, Keşlə qəsəbəsi, Bağ küçəsinin sakinləri aidiyyəti icra nümayəndəliyindən narazıdırlar. Narazılığa səbəb isə sözügedən küçədə çoxlu sayda maşın təmiri sexinin fəaliyyət göstərməsidir.

Sakinlərin Bakıvaxtı.az-a ünvanladıqları şikayətdə bildirilir ki, bu küçədə avtomobil təmiri sexləri sayı o qədər çoxalıb ki, artıq sınıq-salxaq və ya qəzaya uğramış avtomobillərin əlindən küçədə tərpənmək olmur:

“Qəzaya uğramış avtomobilləri gətirib küçəyə töküblər, onsuz da bu küçə çox dar və ensizdir. Bu sexlər isə nəinki küçəmizi, həyatımızı belə məhv edib. Bəzən elə olur ki, işə piyada getməli oluruq, çünki gecədən sınıq-salxaq avtomobilləri yolun ortasında saxlayırlar, keçmək olmur. Bəzən isə yol elə keçilməz həddə çatır ki, avtomobilimiz vuruq maşınlara sürtülür və ziyana düşürük”.

Sakinlər qeyd edirlər ki, bu qarajlardan gələn səs-küy isə onların gününü haram edib:

“Yaşlı, xəstə insanlar, körpəli evlər, ailələr var. Hamı boğaza yığılıb. Artıq bu məhəllədə “bıçaq sümüyə dirənib”. Avtomobil səsi göyə dirək olur. Bir də görürsən ki, hansısa maşın ustası ayağını qaz pedalına sıxır və motorun səsindən nə yaşamaq olur, nə yatmaq, nə də durmaq. Bu məhlə biabırçı vəziyyətdədir. Sanki insanların rahatlığını düşünən yoxdur. Bu məhlənin sakinləri sanki taleyin ümidinə buraxılıblar”.

Şikayətçilər onu da əlavə ediblər ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliynin qaynar xəttinə məlumat versələr də, məsələ fundamental həllini tapmayıb:

“Polis əraziyə baxış keçirəndə məhlədəki avtomobilləri yığışdırırlar. Elə ki, polis gedir, yenə öz çirkin əmməllərini davam etdirirlər. Sexin rəhbərinə müraciət edəndə “Kimə şikayət edirsiniz, edin!”, “Burda mənəm, Bağdadda kor xəlifə” intonasiyası ilə davranır. Şikayətə, narazılığa, ağsaqqala, ağbirçəyə, uşağa məhəl qoyulmur”.

Sakinlər Nizami Rayon İcra Hakimjiyyətinin başçısı Coşqun Cəbrayılovdan yardım istəyiblər:

“Rayon icra başçısından xahiş edirik ki, bu məsələyə bir əncam çəksin. Əks halda cənab prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanm Əliyevaya müraciət edəcəyik. Bizə başqa çıxış yolu qoymurlar. XXI əsrdə şəhərin mərkəzində işə getməyə yol tapmırıq, səs-küydən nə yata, nə qalxa bilirik. Əsəblərimiz tarıma çəkilib. Olmaz bu qədər!”

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri