Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət
Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yay mövsümündə uzun avtomobil səfərləri zamanı uşaqlarda ürəkbulanma və qusma halları tez-tez müşahidə olunur.
Medicina.az xəbər verir ki, pediatr Jül Fujer bunun beynin gözlərdən və bədənin hərəkətindən gələn siqnallar arasındakı uyğunsuzluqdan qaynaqlandığını bildirib.
Həkimin sözlərinə görə, səfərdən əvvəl uşağın ac olmaması, lakin ağır yemək də yeməməsi vacibdir. Avtomobildə isə uşağın hərəkət istiqamətinə baxaraq oturması tövsiyə olunur.
Pediatr həmçinin yol boyu planşet və telefon kimi ekranlardan istifadə etməməyi məsləhət görür. Çünki bu, ürəkbulanmanı daha da gücləndirə bilər.
Bundan əlavə, uşağın kifayət qədər su içməsi, avtomobil salonunun mütəmadi havalandırılması və uzun yollarda tez-tez fasilə verilməsi tövsiyə edilir.
Xanım,
Medicina.az
Baxış sayı:111
Bu xəbər 24 İyul 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















