Mask insanları digər planetlərə göndərmək istəyir və uçan maşınlar gəlir
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Amerikalı milyarder, "Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask gözlənilməz anonsu ilə diqqət çəkib. O, "Ulduz Yolu" (Star Trek) fantastikasını reallığa çevirmək istədiyini bəyan edib.
Qaynarinfo bu barədə "Clash Report”a istinadla xəbər verir.
"Biz "Ulduz Yolu”nu reallığa çevirmək istəyirik. "Ulduz Donanması Akademiyası”nı (Starfleet Academy) real etmək istəyirik ki, bu, hər zaman elmi-fantastika olaraq qalmasın", — deyə Mask bildirib.
Milyarder bu layihənin icrasını necə təsəvvür etdiyi barədə də xəyallarını bölüşüb: "İnsanlarla dolu böyük kosmik gəmilərin digər planetlərə... və nəticədə ulduz sistemimizin hüdudlarından kənara uçması".
Daha əvvəl verdiyimiz məlumata görə, "Tesla" səhmdarları İlon Mask üçün onu tarixdə 1 trilyon dollardan çox sərvəti olan ilk insan edə biləcək kompensasiya paketini təsdiqləyiblər. Qərar şirkətin illik yığıncağı zamanı qəbul edilib — Maskın özünə məxsus olan 15%-lik səhm payı nəzərə alınmadan, səslərin 75%-dən çoxu ödənişləri dəstəkləyib.
Bundan əvvəl Mask şirkətin uçan avtomobil hazırladığına dair ipucu vermişdi. Onun sözlərinə görə, bu yenilik artıq ilin sonuna qədər təqdim edilə bilər.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 Yanvar 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















