Mask onu məhkəmə ilə hədələyən quruma sərt cavab verdi: Real cinayətlər cəzasız qaldıqda...
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Amerikalı milyarder İlon Mask ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının onu məhkəməyə vermək qərarını şərh edib.
Publika.az xəbər verir ki, milyarder “X” sosial şəbəkəsindəki mikrobloqunda kifayət qədər sərt yazı dərc edib. Sahibkar bildirib ki, SEC-in belə siyasəti qurumun tamamilə məhv edilməsindən xəbər verir.
"Bir çox real cinayətlər cəzasız qaldıqda, onlar vaxtlarını bu cür axmaqlığa sərf edirlər", - Mask yazıb.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Mask hələ onu almamışdan əvvəl “X” sosial şəbəkəsinin dövriyyədə olan səhmlərinin 5%-dən çoxunun benefisiar sahibliyi barədə məlumatın gec təqdim edilməsində ittiham olunur. “Mask süni aşağı qiymətlərlə səhmləri almağa davam edə bildi ki, bu da ona səhmlər üçün ən azı 150 milyon dolları az ödəməyə imkan verdi”, – maliyyə tənzimləyicisinin ittihamında bildirib.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 Yanvar 2025 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















