Maskdan QORXULU AÇIQLAMA İnsanlar belə qərar versələr, bəşəriyyət YOX OLACAQ
Icma.az, Publika.az saytına istinadən bildirir.
"Bəşəriyyət yox olmaq təhlükəsi ilə üz-üzədir".
Publika.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsində bildirib.
Onun fikrincə, insanlar uşaq sahibi olmağı dayandırsalar, o zaman insanlıq yox olacaq.
Belə ki, Mask "Lancet" jurnalında təqdim olunan araşdırmanı şərh edib. Onlar proqnozlaşdırırlar ki, əsrin sonuna qədər bütün dünyada doğum nisbətləri kəskin şəkildə azalacaq.
Bundan əvvəl Musk demişdi ki, Avropa ölkələri, xüsusən də Almaniya hazırda aşağı doğum səviyyəsinə görə yox olmaq ərəfəsindədir.
Oktyabr ayında "The New York Times" yazmışdı ki, milyarder doğum nisbətinin azalmasından ciddi narahatdır, sperma donoru olmağa hazırlaşır və Texasda uşaqları üçün kompleks tikir.
Aşağı doğum səviyyəsi fonunda Avropa İttifaqında demoqrafik böhran qaçılmazdır. Avropada ən aşağı doğum göstəriciləri Malta (1,08), İspaniya (1,16), İtaliya (1,24), Yunanıstan (1,32) və Kiprdə (1,37) qeydə alınıb.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 Yanvar 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















