Maskın rəhbərlik etdiyi qurumun fəaliyyəti Ağ Evdə fikir ayrılığına səbəb oldu
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sahibkar İlon Mask tərəfindən idarə olunan ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) fəaliyyəti Ağ Evdə fikir ayrılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" mənbələrə istinadən məlumat yayıb.
"Bəziləri bunu (DOGE-nin fəaliyyətini) bəyənir. Bəziləri Maskın getməsini səbirsizliklə gözləyirlər. Amma məsələ bundadır ki, o, tezliklə heç yerə getməyəcək", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bəzi yüksək rütbəli məmurlar Maskın fəaliyyətindən narazılıqlarını bildirirlər, çünki onun metodlarının nəzarətdən çıxdığını düşünürlər. Bununla belə, Maskın Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller də daxil olmaqla xeyli tərəfdarları var. Bir çoxları Maskın Vaşinqtonda olduğu ilk bir neçə həftənin nəticələrindən məyus olsalar da, onun böyük sərvəti və siyasi nüfuzunu nəzərə alaraq müdaxilə etməkdə tərəddüd edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 27 Fevral 2025 02:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















