Mateuş Koxalski: “Belə rəqiblərlə üz üzə gəlmək böyük təcrübə deməkdir”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bu oyun “Nyukasl”a qarşı keçirdi və hər iki matç bizim üçün olduqca çətin oldu. Təbii ki, məğlubiyyət məni sevindirmir. Qapımızda çoxlu qol buraxdıq, amma bu, bizim üçün yaxşı bir dərsdir. Belə rəqiblərlə üz-üzə gəlmək hər bir futbolçu üçün böyük təcrübə deməkdir”.
İdman.Biz xəbər verir ki, bu sözləri Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.
M. Koxalski gələcəkdə daha yaxşı çıxış edəcəklərinə ümid etdiyini vurğulayıb:
“Ümid edirəm ki, növbəti qarşılaşmalarda daha yaxşı oyun göstərəcəyik. Belə əhəmiyyətli matçlardan sonra gərgin və əsəbi olmaq təbiidir, amma əsas məsələ odur ki, biz bu sınaqdan düzgün nəticə çıxaraq irəliləyək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 25 Fevral 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















