Icma.az
close
up
RU
Matviyenko Kremlin hansı mesajını gətirir? (ŞƏRH)

Matviyenko Kremlin hansı mesajını gətirir? (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Matviyenkonun səfəri hər hansı bir ciddi problemin həllinə gətirib çıxarmayacaq. Lakin səfəri dövlət rəsmilərinin görüşünün hazırlanması ərəfəsində önəm daşıyır”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Türkiyənin ardınca Azərbaycana etdiyi səfəri şərh edərkən deyib:

"Matviyenko Bakıya ən çox səfər edən rus rəsmilərindən biridir. O, Bakıda kifayət qədər çox olub. Hazırkı səfəri barədə danışıqlar da hələ ötən ilin noyabrından aparılıb. O zaman Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda olanda elan olundu ki, Matviyenkonun Bakıya səfərinin vaxtı müəyyənləşəcək. Matviyenkonun Türkiyədən geri dönüşündə Bakıya səfərinin ən böyük əhəmiyyəti odur ki, səfər Azərbaycanla Rusiya arasında münasibətlərin gərgin olduğu bir dövrdə yüksək səviyyəli rus rəsmisinin ölkəmizə ilk səfəridir”. 


Ekspert düşünür ki, əsas müzakirə mövzusu Qroznı səmasında vurulan təyyarə ilə bağlı olacaq:

"Həmçinin, Rusiyanın Bakıdakı mədəniyyət mərkəzləri və informasiya orqanlarının fəaliyyətinin məhdudlaşdırılmasından və digər sahələrdə özünü göstərən soyuqlaşmalar barədə də danışacaqlar. Ehtimal ki, gündəmdə olan bu məsələlər üzdədir. Matviyenkonun Türkiyənin ardınca Azərbaycana etdiyi bu səfəri həmin 3 ölkə arasında vacib olan digər məsələlərlə bağlı deyil. Çünki Matviyenko bu səviyyədə məsələlərin həllində iştirak edən şəxs deyil. Böyük siyasi məsələlərin müzakirə və həlli üçün daha ixtisaslaşmış və daha yüksək səviyyəli komandalar var. Onun bu səfəri hansısa ciddi problemlərin həllinə gətirib çıxarmayacaq. Lakin belə səlahiyyəti olan dövlət rəhbərlərinin görüşünün hazırlanması ərəfəsində ayaqbasdısı kimi də qiymətləndirmək olar. Çünki son mərhələdə iki ölkə arasında yaranan problemlərə yalnız dövlət rəhbərlərinin bilavasitə təması və qərarları son qoya bilər”. 

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Türkiyə səfərinin ardınca bu gün Azərbaycana səfərə gəlib. Türkiyədə Matviyenko bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri