Icma.az
close
up
RU
“Maykl”dan 217 milyon dollarlıq Kassa rekordu

“Maykl”dan 217 milyon dollarlıq Kassa rekordu

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Musiqi əfsanəsi Maykl Cekson haqqında çəkilən “Maykl” filmi qlobal kassada möhtəşəm start alaraq, musiqi bioqrafiyası janrında yeni rekord müəyyənləşdirib.

“Qafqazinfo” xəbər verir ki, film ilk həftəsonunda 217,4 milyon dollar gəlir əldə edib.

Mübahisəli istehsal prosesi, sərt tənqidlər və “Pop kralı”nın irsi ilə bağlı iddialar fonunda ekran işi kommersiya baxımından gözləniləndən xeyli böyük nəticə göstərib.

Film ABŞ və Kanada kinoteatrlarında 97 milyon dollarla açılıb. Beynəlxalq bazarlarda isə 120,4 milyon dollar gəlir əldə edərək, ümumi qlobal açılışını 217,4 milyon dollara çatdırıb. Bu göstərici musiqi bioqrafiyası janrı üçün yeni rekord hesab olunur.

Film ilkin proqnozları da üstələyib. Təxminlər 70 milyon dollar civarında olsa da, nəticə bu rəqəmi xeyli geridə qoyub. Bununla film 2015-ci ildə 60,1 milyon dollarla açılan “Straight Outta Compton” və 2018-ci ildə 51 milyon dollarla açılan “Bohemian Rhapsody” kimi əvvəlki uğurlu bioqrafik filmləri də geridə qoyub.

“Əvvəldən bunun mümkün ola biləcəyinə dair bütün əlamətlər var idi. Bütün auditoriya seqmentlərində böyük maraq görürdük”, - “Lionsgate” prezidenti Adam Foqelson “Associated Press”ə (AP) bildirib.

Film hazırda dünyanın əksər ölkələrində nümayiş olunur. Yeganə istisna Yaponiyadır, orada nümayişin iyun ayında başlanacağı planlaşdırılır.

Təxminən 200 milyon dollarlıq büdcəsi ilə “Maykl” bütün dövrlərin ən bahalı bioqrafik filmlərindən biri sayılır. Güclü açılış fonunda filmin ümumi gəlirdə 910 milyon dollar qazanan “Bohemian Rhapsody”ni geridə qoyaraq, ən gəlirli musiqi bioqrafiyası ola biləcəyi ehtimal edilir.

Filmlə bağlı rəylər, əsasən, mənfidir. Hətta Maykl Ceksonun bacısı Canet Cekson və qızı Paris Cekson da daxil olmaqla, Cekson ailəsinin bəzi üzvləri filmə qarşı çıxıblar. Paris Cekson filmi “fantaziya dünyası” adlandırıb.

Filmin istehsal prosesi də ciddi problemlərlə müşayiət olunub. Çəkilişlər başa çatdıqdan sonra prodüserlər böyük hüquqi və maliyyə problemi ilə üzləşiblər. Səbəb filmin üçüncü hissəsinin o vaxt 13 yaşında olan və Maykl Ceksonun 1994-cü ildə 23 milyon dollarlıq razılaşma ödədiyi Cordan Çandlerə qarşı ittihamlara fokuslanması olub. Lakin həmin razılaşmanın şərtləri filmdə Çandlerdən bəhs etməyi qadağan edib.

Nəticədə filmin əhəmiyyətli hissəsi kəsilib və yenidən çəkilib. Bu proses filmin büdcəsinə təxminən 50 milyon dollar əlavə xərc yaradıb. Rejissor Antuan Fuqua və ssenarist Con Loqan isə hər hansı ittiham ortaya çıxmazdan əvvəl filmin sonluğunu 1988-ci ilə keçirərək, yenidən montaj ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2026 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri