Icma.az
close
up
RU
Mayora hücum edən idmançılar hakim qarşısına çıxarılıblar

Mayora hücum edən idmançılar hakim qarşısına çıxarılıblar

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə kikboks üzrə idmançılar Elçin Hüseynov, Musa Əhmədov, Elnur Həmidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Reyting.az
 Musavat.com-a istinadla xəbər verir ki, müttəhimlər əməkdar məşqçi Fuad Zeynalov və onun tanışı Anar Süleymanova hücum etməkdə ittiham olunurlar. Prosesdə dövlət ittihamçısı məhkəmə istintaqının təzələnməsi barədə vəsatət verib. Bildirib ki, işdə olan hadisə yerində çəkilmiş video ilə tanış olmaq istəyir. Həmin videogörüntülərlə bağlı sualları olacağını açıqlayıb.
Xatırladaq ki, əvvəlki prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Məhkəmə istintaqının tamamlanmasına tərəflər etiraz etməyiblər. Dövlət ittihamçısının vəsatətini təmin edilib və davanın görüntüləri nümayiş etdirilib. Dövlət ittihamçısının verdiyi suallardan bəlli olub ki, hadisə yerinə ilk gələn Elnur Həmidov, sonra Musa Əhmədov və Elçin Hüseynov gəliblər.
Dövlət ittihamçısı Elnur Həmidovun məhkəmədə verdiyi ifadəsini xatırladıb. Həmin ifadədə müttəhim dava zamanı əlində beşbarmaq olmadığını deyib.
Həmin ifadəsində Elnur Həmidovun belə demişdi:
"Mənim əlimdə təsbeh olub. Allah and olsun ki, silah qismində əşya olmayıb. Əlim həmin vaxt əzilmişdi. Orada Fuada birinci mən vurmuşam. Əgər zərbə ağır olsaydı, ona xəsarət yetirərdim. Anarı da vurmuşam, xəsarət yüngül olub. Anar mənə müqavimət göstərib, ona görə ona hücum etdim. O, özü də mənə zərbə atdı. Əgər ağır xəsarət olsaydı, xəstəxanada yatardı, xəstəxana sənədləri olardı. Mənim nailiyyətlərim var. İki dəfə dünya çempionu olmuşam. Bir səhvdir, etmişik. Aramızda söyüş olub, hadisə də buna görə baş verib. İndi barışmışıq, aramızda problem yoxdur".
Dövlət ittihamçısı qeyd edib ki, müttəhim söhbət etməyə yox, davaya gediblər: "Aralarında söhbət olmayıb. Maşından düşən kimi vurublar. Özü də beşbarmaqla vurublar".
Elnur Həmidov deyib ki, hadisə söyüş üstündə baş verib: "Həmin vaxt əsəbi olmuşam, vurmuşam. Sonra əsəbim soyudu. Etdiyim əmələ görə cəza almışam".
Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Çıxış etmək üçün dövlət ittihamçısına söz verilib. Dövlət ittihamçısı cinayət işinin mürəkkəbliyi nəzərə alınaraq çıxış etmək üçün vaxt istəyib.
Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib. İttihama görə, idmançılar - Elçin Hüseynov, Musa Əhmədov və Elnur Həmidov DSX mayoru, kikboksinq üzrə əməkdar məşqçi və əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər. Məlum olub ki, onlar bu əməli Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovun sifarişi ilə törədiblər.
İstintaq orqanı tərəfindən Elnur Həmidova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə, Musa Əhmədova 221.3-cü maddəsi ilə, Elçin Hüseynova isə 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə xuliqanlıq törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, bu cinayət işində adı keçən Ramal Aslanov, Elvin Məmmədov və digər şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılıb. Növbəti proses oktyabrın 6-da davam edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Sentyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri