“ABŞ ın Avropa strategiyası: Qrenlandiya bəhanəsi Rusiyaya qarşı böyük oyundur“ Aleksandr Trofimov
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Vaşinqton NATO və Avropa İttifaqını dağıdaraq Avropanı yenidən Rusiyaya qarşı yönəltmək istəyir..."
ABŞ prezidenti Donald Trampın NATO və Avropa İttifaqını zəiflətməyə yönəlmiş strategiyası yeni mərhələyə daxil olub.
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ru" nəşrində rusiyalı politoloq Aleksandr Trofimov yazıb.
Avropanın zəifləməsi və NATO-nun yükə çevrilməsi
Müəllif yazır ki, Qrenlandiya məsələsi bu prosesdə yalnız formal bəhanədir, əsas məqsəd isə Avropanın mövcud təhlükəsizlik arxitekturasını dağıtmaqdır. O, qeyd edir ki, Avropa uzun müddətdir "antirusiya" adı altında tətbiq edilən sanksiyalar nəticəsində özünü zəiflədib və real müqavimət qabiliyyətini itirib. ABŞ bu zəiflikdən istifadə edərək artıq funksiyasını itirmiş Avropa birliyini tam parçalamağa çalışır.
Tramp açıq şəkildə bildirir ki, ABŞ Qrenlandiyanı nəzarətə götürməsə, bunu Rusiya və ya Çin edəcək. Onun fikrincə, NATO bu prosesdə zərər görsə belə, bu problem deyil, çünki Alyans ABŞ-dan daha çox ABŞ-a möhtacdır. Trofimov vurğulayır ki, NATO artıq Vaşinqton üçün strateji üstünlük yox, siyasi və maliyyə yükünə çevrilib.
Vaşinqtonun köhnə planı və Avropanın "idarəolunmazlığı"
Məqalədə xatırladılır ki, Avropanın vahidliyini parçalamaq ABŞ üçün yeni ideya deyil. SSRİ-nin dağılmasından sonra Vaşinqton təhlükəsizlik məsuliyyətini Avropanın üzərinə qoymaq istəsə də, bu plan tam işləməyib. Avropa iqtisadi cəhətdən güclənib və müəyyən siyasi müstəqillik nümayiş etdirməyə başlayıb ki, bu da ABŞ üçün qəbuledilməz sayılır. Ukrayna müharibəsi Avropanın operativ qərarvermə qabiliyyətinin olmadığını üzə çıxarıb: bürokratiya və siyasi qorxaqlıq bütün prosesləri iflic edib.
NATO-nun sonu və Avropanın Rusiyaya qarşı yönləndirilməsi
Trofimovun qənaətinə görə, ABŞ üçün ən əlverişli model Avropanı vahid blok yox, ayrı-ayrı, asılı dövlətlər toplusu kimi idarə etməkdir. Bunun üçün isə təkcə Avropa İttifaqı deyil, NATO da sıradan çıxarılmalıdır. Britaniya mətbuatı da bu tendensiyanı etiraf edir: "The Telegraph" NATO-nu müdafiə ittifaqından çox, güclülərin zəiflər üzərində təsir alətinə çevrilmiş struktur kimi təsvir edir.
Məqalənin əsas tezisi budur ki, ABŞ Avropa strukturlarını dağıdaraq qitəni yenidən Rusiyaya qarşı yönəltmək istəyir. Müəllifin fikrincə, bu strategiya Trampın siyasi taleyindən asılı deyil və ABŞ-ın uzunmüddətli geosiyasi xəttinin tərkib hissəsidir. Avropanın isə bu prosesdə real seçim imkanları getdikcə daralır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 12 Yanvar 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















