Icma.az
close
up
RU
MDB nin növbəti iclası Bakı və ya İrəvanda keçirilə bilərmi? “Böyük əngəllərlə qarşılaşır”

MDB nin növbəti iclası Bakı və ya İrəvanda keçirilə bilərmi? “Böyük əngəllərlə qarşılaşır”

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu məsələnin aktual olduğuna inanmıram. Müstəqil Dövlətlər Birliyinin (MDB) iclaslarının harada keçirilməsi ümumiyyətlə o qədər də vacib deyil".

Bunu “Yeni Sabah”a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Azərbaycan və Ermənistan arasında sülh sazişi artıq paraflanıb. Bu, Bakı və İrəvan arasında de-fakto olaraq, sülhün əldə olunması deməkdir. Qarabağ münaqişəsi ucbatından Müstəqil Dövlətlər Birliyinin (MDB) iclasları Azərbaycan və Ermənistanda keçirilmirdi. Dördpendirli pizza

T. Zülfüqarovun fikrincə, MDB-nin qurumları, onların təsir imkanları çox məhduddur:

"Azərbaycan və Ermənistan arasında hazırda davam edən sülh prosesi ilə bağlı bu təşkilatın hər hansı rol oynaması real görünmür”.

Siyasətçi qeyd edib ki, MDB üzvləri bu təşkilatın fəaliyyətini elə də ciddi qəbul etmir:

“Ümumən MDB təşkilatı SSRİ dağıdıqdan sonra Rusiyanın təşəbbüsü ilə, bir növ, birləşdirici funksiya üçün yaradıldı. MDB yarandığı gündən istər Azərbaycan, istərsə də digər ölkə tərəfindən ciddi qəbul olunmurdu. Ötən əsrin 90-cı illərdə Azərbaycan MDB çərçivəsində qəbul olunan sənədlərin cəmi 12 faizinə qoşulmuşdu. Yəni bu cür sənədlərə qoşulub-qoşulmamağın heç bir ciddi təsiri yox idi. Bu təcrübə digər ölkələrdə də baş verirdi”.

T. Zülfüqarov diqqətə çatdırıb ki, hazırda MDB-də daxil olmaqla, bir çox beynəlxalq təşkilatların daxilində böhran hökm sürür:

“İndiki mərhələdə MDB tədbirləri üzv olan ölkələrin siyasi elitasının görüş meydanı kimi qəbul olunur. Demək olar ki, bu iclaslarda qəbul olunmuş sənədlər heç kimin yadına düşmür. Bu tendensiya davam edəcək.

Əslində, təkcə MDB yox, digər beynəlxalq təşkilatların da əvvəlki nüfuzu xeyli azalıb. Onların qəbul etdiyi qərarların qəbul olunması bəzən böyük əngəllərlə qarşılaşır. Həm Avropa İttifaqında, həm BMT-də, həm də NATO-da tez-tez belə situasiyalar baş verir. Bu, təşkilatların ümumi daxili böhranıdır. Əlbəttə, həmin hal MDB-yə də aiddir”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see820

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see262

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see225

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see149

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see137

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see133

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see129

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see129

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri