MDM rəsmisi: Texnoloji innovasiyalar yeni imkanlarla yanaşı ciddi risklər yaradır
525.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın qiymətli kağızlar bazarında tətbiq olunan texnoloji innovasiyalar yeni imkanlarla yanaşı ciddi risklər də yaratmaqdadır.
525.az xəbər verir ki, bunu Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli Bakıda keçirilən 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.
"Depozitar infrastrukturu nöqteyi-nəzərindən kiberhücumlar ciddi təhdidlər doğurur. Bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməməsi həssas məlumat itkisinə və əməliyyat gecikmələrinə səbəb ola bilər. Bu səbəbdən, MDM-in inkişaf strategiyasında informasiya təhlükəsizliyinin gücləndirilməsi təşəbbüsünə böyük önəm verilib, bu istiqamətdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə mütəmadi kiberdayanıqlığın gücləndirilməsi üzrə məlumat mübadiləsini həyata keçirilir. Hazırda veb tətbiqlərin təhlükəsizliyi, imtiyazlı istifadəçilərə nəzarət və kibertəhdidlərin aşkarlanması sistemləri real rejimdə tətbiq edilir", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 Mart 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















