MDM yeni bank modulunun tətbiqini planlaşdırır
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Depozit Mərkəzi (MDM) yeni bank modulunun tətbiqini planlaşdırır.
"APA-Economics” xəbər verir ki, bunu MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev deyib.
Onun sözlərinə görə, Milli Depozit Mərkəzi (MDM) strategiyada nəzərdə tutulan 6 yeni fəaliyyət istiqamətindən 2-ni artıq 2024-cü ildə icra edib. Bunlar konsultasiya xidmətləri və "e-vote" xidmətləridir.
“Strategiyanın sonuna qədər MDM hesablaşma agenti fəaliyyət funksiyasını tətbiq etməyi planlaşdırır. Hazırda kapital bazarında banklar hesablama agenti kimi fəaliyyət göstərir. Strategiyaya əsasən yeni bank modulunun tətbiqi nəzər tutulur. Hesablaşma agenti funksiyasının MDM tərəfindən icra edilməsi planlaşdırılır. Digər fəaliyyət istiqaməti olan maliyyə xidmətləri də bu bank yeni bank modulunda əks olunacaq” - Əli Əliyev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















