Icma.az
close
up
RU
MDU da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı başladı

MDU da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı başladı

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


2026-cı ilin 1 may tarixində Mingəçevir Dövlət Universiteti və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev fenomeni: Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi və humanitar modelinin müəllifi” mövzusunda Respublika Elmi Konfransı öz işinə başlayıb.
Universitetin akt zalında keçirilən konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Konfransdan əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Daha sonra universitetin həyətində tələbələrin təqdim etdiyi rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Konfrans Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Plenar iclasda açılış nitqi ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və iqtisadi inkişafın əsaslarının formalaşdırılmasındakı müstəsna rolunu vurğulayıb. Qeyd olunub ki, məhz Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya olunmuş, mühüm enerji layihələrinin reallaşdırılması ilə ölkənin iqtisadi təhlükəsizliyi təmin edilib və davamlı inkişaf mərhələsinə qədəm qoyulub.
İlham İsmayılov həmçinin bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib və əldə olunan nailiyyətlər Heydər Əliyev siyasi kursunun uğurlu davamıdır.
Daha sonra çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi Azərbaycanın müasir inkişaf modelinin fundamental əsasını təşkil edir və bu irsin elmi müstəvidə araşdırılması xüsusi aktuallıq kəsb edir. Rektor qeyd edib ki, Ulu öndərin müəyyən etdiyi strateji inkişaf kursu bu gün də ölkənin siyasi sabitliyinin, iqtisadi tərəqqisinin və humanitar sahədə əldə olunan uğurların əsas istiqamətləndirici xəttidir.
Anar Eminov vurğulayıb ki, MDU-da həyata keçirilən elmi tədbirlər, xüsusilə belə genişmiqyaslı konfranslar, milli dövlətçilik ideyalarının təbliği, gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması və elmi potensialın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, universitetdə formalaşdırılan müasir akademik mühit, beynəlxalq əməkdaşlıqlar və universitet–sənaye inteqrasiyası istiqamətində atılan addımlar elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb, burada təqdim olunan elmi məruzələrin Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinə və elmi dövriyyəyə yeni yanaşmaların gətirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Açılış nitqlərindən sonra Ümummilli lider Heydər Əliyevə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Konfransın plenar iclası məruzələrin dinlənilməsi ilə davam edib. MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dos. Esmira Cəfərova “Heydər Əliyevin siyasi liderliyi və Azərbaycan dövlətçiliyinin transformasiyası”, İqtisadiyyat kafedrasının baş müəllimi Günəş Şəfaqətov isə “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında modernləşməyə aparan islahatlar” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans öz işinə bölmə iclasları ilə davam edəcək. Bölmə iclaslarının 1–2 may tarixlərində keçirilməsi nəzərdə tutulur. Bölmə iclaslarında 30-dan çox təhsil müəssisəsindən olan məruzəçilər tərəfindən 390-dan çox məqalə və tezisin təqdim olunması nəzərdə tutulub.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 01 May 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri