Icma.az
close
up
RU
MDU da psixologiyaya həsr edilmiş multidisiplinar konfrans keçirilir

MDU da psixologiyaya həsr edilmiş multidisiplinar konfrans keçirilir

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


2026-cı il aprelin 24-də Mingəçevir Dövlət Universiteti, Psixologiya Elmi-Tədqiqat İnstitutu və “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Psixologiyada multidisiplinar elmi tədqiqatlar” konfransı öz işinə başlayıb. Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən konfrans regionda ilk dəfə olaraq psixologiya sahəsində müxtəlif istiqamətləri bir araya gətirən genişmiqyaslı elmi platforma kimi diqqət çəkir.
Açılış mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, 27 müəssisə və təşkilatı təmsil edən alimlər, professor-müəllim heyəti, psixoloqlar, tədqiqatçılar, tələbə və magistrantlar, eləcə də media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər. Konfransın rəsmi hissəsi Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov belə elmi platformaların regionlarda keçirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, müasir dövrdə psixoloji rifahın təmin olunması, ailə institutunun möhkəmləndirilməsi və cəmiyyətin dayanıqlı inkişafı baxımından elmi tədqiqatların rolu getdikcə artır. O, multidisiplinar yanaşmanın müxtəlif sahələr arasında inteqrasiyanı gücləndirdiyini, praktiki həllərin formalaşmasına töhfə verdiyini bildirib və konfransın elmi nəticələrinin regionun sosial inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edərək tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra çıxış edən MDU-nun rektoru Anar Eminov konfransın təşkilini universitetin elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq əməkdaşlıqların gücləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. Rektor qeyd edib ki, konfransa 27 müəssisə və təşkilatdan ümumilikdə 265 elmi məqalə qəbul olunub. Bunların içində ali təhsil müəssisələri, orta ixtisas və ümumtəhsil məktəbləri və müxtəlif dəstəklər yer almaqdadır. Bu göstəricilər psixologiya sahəsində elmi marağın genişlənməsini və müxtəlif səviyyələrdə tədqiqatların intensivləşdiyini nümayiş etdirir. Anar Eminov həmçinin vurğulayıb ki, belə təşəbbüslər elmin təhsillə, təhsilin isə cəmiyyətin real ehtiyacları ilə daha sıx inteqrasiyasına xidmət edir.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd edib ki, bu kimi konfranslar ali təhsil müəssisələri arasında elmi dialoqun inkişafı, təcrübə mübadiləsinin genişlənməsi və ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O, psixologiyanın müasir çağırışlara cavab verən aparıcı sahələrdən biri olduğunu vurğulayaraq konfransın uğurla təşkilinə görə təşkilatçıları təbrik edib.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxışında konfransın yüksək səviyyədə təşkilinə görə Mingəçevir Dövlət Universitetinin rəhbərliyinə və kollektivinə minnətdarlığını ifadə edib. O, qeyd edib ki, regionda belə genişmiqyaslı elmi tədbirin keçirilməsi psixologiya elminin inkişafı, elmi ictimaiyyətin bir araya gətirilməsi və aktual problemlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Elnur Rüstəmov konfransın elmi nəticələrinin praktik müstəvidə tətbiqinə töhfə verəcəyinə inandığını bildirərək məruzəçilərə tədqiqatlarında müvəffəqiyyətlər diləyib.
Daha sonra çıxış edən Narınc Psixologiya Mərkəzinin təsisçisi, kliniki psixoloq Narınc Rüstəmova psixologiya elminin müasir cəmiyyət üçün artan əhəmiyyətindən bəhs edib. O, multidisiplinar yanaşmanın müxtəlif sahələr üzrə mütəxəssislərin bir araya gəlməsinə imkan yaratdığını və bunun real problemlərin daha effektiv həllinə töhfə verdiyini vurğulayıb. Narınc Rüstəmova belə elmi platformaların gənc psixoloqların inkişafında və universitet–praktika əməkdaşlığının gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.
Daha sonra Türkiyənin Bahçeşehir Universitetinin prorektoru Prof. Dr. Tunç Bozbura və Özbəkistanın Səmərqənd Dövlət Universitetinin prorektoru Dr. Akmal Akhatovun video-təbrikləri nümayiş olunub. Tərəfdaş universitetlərin nümayəndələri çıxışlarında konfransın əhəmiyyətinə toxunaraq təşkilatçıları təbrik edib, məruzəçilərə uğurlar arzulayıblar.
Tədbir bədii hissə ilə davam etdirilib. Universitetin müəllim və tələbələrinin ifasında səsləndirilən milli musiqi nümunələri, vətənpərvərlik ruhunu əks etdirən kompozisiyalar tədbirə xüsusi emosional çalar qataraq iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Konfrans proqramına uyğun olaraq tədbir panel müzakirələri, bölmə iclasları və praktiki sessiyalarla davam edəcək. Proqram çərçivəsində ilk gün ailə münasibətlərində dəyişən sosial rollar mövzusuna həsr olunmuş panel müzakirələri Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun moderatorluğu ilə təşkil olunacaq. Növbəti gün isə inklüzivlik, bərabərlik və psixoloji rifah məsələlərinə dair panel müzakirələri MDU-nun Psixologiya və pedaqogika kafedrasının müəllimi Aydın Kərimovun moderatorluğu ilə keçiriləcək.
Bununla yanaşı, konfrans çərçivəsində ümumi və sosial psixologiya, inkişaf psixologiyası, inklüziv təhsil, klinik psixologiya və rəqəmsal transformasiya kimi aktual istiqamətlər üzrə bölmə iclasları təşkil olunur. Praktiki bacarıqların inkişafına yönəlmiş vorkşoplarda Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova və mərkəzin əməkdaşı, psixoloq Səbinə Eyyubova tərəfindən iştirakçılara müasir psixoloji yanaşmalar təqdim ediləcək.
Qeyd edək ki, 24–25 aprel tarixlərini əhatə edən konfrans psixologiya sahəsində multidisiplinar elmi yanaşmaların təşviqi, elmi nəticələrin paylaşılması və akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi çıxış edir.











Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Aprel 2026 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri