Məcburi köçkün qəsəbələrində təmir işlərinə 380 min manat xərclənəcək
Anews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, Mingəçevir şəhərləri, Goranboy, Ağcabədi rayonları ərazisində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərin təmiri işlərinə 380.804,26 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.
Tenderin qalibi isə "UNIVERSAL-S" MMC-dir.
Adıçəkilən şirkət 2001-ci dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır.
Qarabağa qayıdış proqramı əsasında artıq məcburi köçkünlər öz yerlərinə qaytarılır.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
Gülnar
www.anews.az
Baxış sayı:83
Bu xəbər 11 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















