Icma.az
close
up
RU
Məcburi köçkünlə Dillər Universiteti arasında QALMAQAL 17 ildir yaşadığı yataqxanadan BU SƏBƏBDƏN çıxarılıb

Məcburi köçkünlə Dillər Universiteti arasında QALMAQAL 17 ildir yaşadığı yataqxanadan BU SƏBƏBDƏN çıxarılıb

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəbrayıldan məcburi köçkün düşmüş, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın Azərbaycan Dillər Universitetinin yataqxanasındakı otağına sentyabrın 30-dan bəri plomb vurulub.
Bu barədə rejissor özü Bizim.Media-ya məlumat verib.
O deyir ki, səhər işə gedib, qayıdanda isə otağın qapısının bağlı, əşyalarının isə içəridə qaldığını görüb.
“Şəkər aparatım belə içəridə qalıb...”
“2009-cu ildən bəri Teatr Xadimləri İttifaqının rəsmi məktubu əsasında Azərbaycan Dillər Universitetinin orderiylə o yataqxanada məskunlaşmışam. Əşyalarım, geyimlərim, qızıllarım, şəkər aparatıma qədər otaqda qalıb. Ən azından mənə məlumat versəydilər, lazımi dərmanlarımı, şəkər aparatımı götürərdim. Universitetin rəhbərliyindən mənə bildirdilər ki, Elm və Təhsil Nazirliyi (ETN) göstəriş verib ki, kənar şəxslər yataqxanadan çıxarılsın. ETN- isə açıqlama verdi ki, bizim bu məsələdən xəbərimiz yoxdur.
 

Rektor Kamal Abdullayev isə deyir ki, tələbələr üzə durur. Mən onların işçisi deyiləm.Yaşadığım otaqda bir neçə tələbə qala bilər.  Ancaq ADU-nun yataqxanasında heç 25 tələbə yoxdur. Çünki şərait yoxdur, su saatla gəlir. Tələbəyə duş qəbul etməyə su belə çatmır”.


Gülnar Hacıyeva iddia edir ki, yataqxanadan çıxarılmasına səbəb komendantın ondan universitet rəhbərliyinə şikayət etməsidir:
“Milli Dram Teatrının aktrisası Şəhla İsmayılova yataqxananın komendantı ilə mübahisə edib. İkisinin arasındakı mübahisədə heç mən olmamışam. Komendant universitet rəhbərliyinə Şəhla İsmayılovayla birlikdə məni də şikayət edib. Mənim qeydiyyatım ora olmasa belə, məcburi köçkünəm. Orderlə orada yaşayırdım. Universitet mənə o orderi və 2009-cu ildən bəri yaşadığımla bağlı arayışı vermir ki, mən onu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə  təqdim edim.  Deyirlər ki, guya orada qanunsuz yaşayıram. Mən orderi universitetə özüm vermişəm. 3 il bundan əvvələ qədər ayda 20 manat ödəniş edirdim. Sonra pulun əvvəlki komendantın cibinə getdiyini görəndə daha vermədim”.
Bəs Cəbrayıla köçürüləcək?
Gülnar Hacıyeva bildirir ki, 2020-ci ildən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Cəbrayıla köçlə bağlı rəsmi müraciət etməyib.
“Əlbəttə Cəbrayıla qayıtmaq istəyirəm. O vaxt Komitədən bizimlə danışdılar, köçmək istəyib-istəmədiyimizi  maraqlandılar, çən də istəyimi bildirdim. Bizə deyilib ki, mərhələli şəkildə köçəcəksiniz”, - deyə Gülnar Hacıyeva qeyd edib.
Məsələylə bağlı Azərbaycan Dillər Universitetinə müraciət etdik.  
Universitetin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Cavid Zeynallı Bizim.Media-ya açıqlamasında bildirib ki, Gülnar Hacıyeva ADU-nun yataqxanasında qeydiyyatda deyil.
 

“Azərbaycan Dillər Universitetinin iki tələbə yataqxanasında 200-ə yaxın məcburi köçkün ailəsi yaşayır. Onlar qeydiyyatdadırlar, hər hansı ailə ilə bağlı narahatlıq yoxdur. Gülnar Hacıyeva qaçqın kimi ADU-nun yataqxanasında qeydiyyatda deyil. 17 ilə yaxındır həmin yataqxanada yaşayır və indiyədək hər hansı problemlə üzləşməyib.


İndi tələbə yataqxanaları ilə bağlı tələb ondan ibarətdir ki, rəsmi şəkildə qeydiyyatı olmayan, yəni Qaçqın və Məcburi Köçünlərin işləri üzrə Dövlət Komitəsinin müvafiq ünvanı üzrə qeydiyyatı olmayan şəxslərə həmin ünvanı tərk etməklə bağlı xəbərdarlıq olunub. Buna baxmayaraq, vətəndaş tələbələrə məxsus yataqxananı tərk etmək istəmir. Xahiş edirik ki, vətəndaş xəbərdarlığı nəzərə alsın. Təəssüf ki, vətəndaşı yataqxanada otaqla təmin etmək bundan sonra imkan xaricindədir”, - deyə Cavid Zeynallı bildirib.
Qeyd edək ki, Gülnar Hacıyevanın sözlərinə görə, bu gün universitetdən xahiş edilib ki, gəlib, otaqdan əşyalarını toplasın. Əks halda akt tərtib edilərək ona məxsus əşyalar yataqxananın anbarına yığılacaq.
Nəzrin Mirzəyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Oktyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri