Icma.az
close
up
RU
Məcburi təhsil müddəti dəyişir: Türkiyədə yeni sistem

Məcburi təhsil müddəti dəyişir: Türkiyədə yeni sistem

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Türkiyənin Milli Təhsil Nazirliyi mövcud 4+4+4 icbari təhsil sistemini əvəz edəcək yeni model üzərində işi tamamlayıb.

News24.az xəbər verir ki, nazir Yusuf Tekin açıqlamasında yeni sistemlə bağlı hazırlanan hesabatın Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacağını və qərarın bu il ərzində qəbul edilməsinin gözlənildiyini bildirib.

Nazirin sözlərinə görə, yeni model təhsil prosesini daha çevik və müasir dövrün tələblərinə uyğun formalaşdırmağı hədəfləyir:

“Ötən ildən ictimai müzakirələri diqqətlə izləyirik. Prosesin gedişini dəyərləndirərək bu dəfə hesabat hazırlamışıq. Nazirlər Kabinetinin iclasında bu məsələ ilə bağlı təqdimat edəcəyik. Prezidentin təsdiqindən sonra qərarın bu il qəbul ediləcəyi və gələn ildən qüvvəyə minəcəyi gözlənilir.”

Yeni modeldə orta məktəbin son dörd ili daha çevik strukturda təqdim olunacaq. Hazırda iki əsas alternativ variant müzakirə edilir:

"2+2 modeli: Orta məktəbin ilk iki ili məcburi, son iki ili isə istəyə bağlı olacaq.

3+1 modeli: İlk üç il məcburi, sonuncu il isə seçmə əsaslı olacaq.

Bu yanaşma nəticəsində 11 və 12-ci siniflər məcburi təhsildən çıxarılacaq. Şagirdlər həmin mərhələdə peşə təhsili, incəsənət, idman və ya digər ixtisaslaşmış istiqamətlər üzrə təhsil almaq imkanı qazanacaqlar.

Nazirliyin məlumatına görə, dəyişiklik təhsil sistemini əmək bazarının tələblərinə uyğunlaşdırmaq, gənclərin praktiki bacarıqlarını artırmaq və erkən ixtisaslaşma imkanı yaratmaq məqsədi daşıyır". 

Aqil Qarayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Oktyabr 2025 03:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri