Məcnun Məmmədov: Hökumət fermerlərin sürətlə dəyişən dünyaya uyğunlaşmasını dəstəkləməyə sadiqdir
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Azərbaycan hökuməti yerli fermerlərin sürətlə dəyişən dünyaya uyğunlaşmasını dəstəkləməyə sadiqdir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində təşkil edilmiş "Fermerlər üçün İqlim İşinin Yaradılması: Təsərrüfatda Təcrübələr və Konkret Həlllər" adlı tədbirdə bildirib.
"Kənd təsərrüfatının gələcəyi innovasiya, texnologiya və inklüzivlikdədir. Bu məqsədlə biz fermerlərə məhsuldarlığı optimallaşdıran, resurslara qənaət edən, iqlimə davamlılığı artıran süni intellekt və rəqəmsal alətlər də daxil olmaqla qabaqcıl texnologiyaların mənimsənilməsinə kömək etmək üçün təşəbbüslərə üstünlük veririk. Bu irəliləyişlər təkcə məhsuldarlığı artırmaq üçün deyil, həm də davamlı kənd təsərrüfatı təcrübələrinin təməlini yaratmaq üçün vacibdir", - deyə o qeyd edib.
Baxış sayı:120
Bu xəbər 19 Noyabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















