Məcnun Məmmədov çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsi işdən çıxarılıb, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) işə düzəlib.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev vəzifəsindən azad olunub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
İnstitutun İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Hikmət Nəsibova tapşırılıb.
E.Allahverdiyev isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) işə başlayıb. Belə ki, o, agentlik sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Şöbəyə müvəqqəti rəhbərlik edən Cavidan Quliyev isə fəaliyyətini müdir müavini vəzifəsində davam etdirir.
Qeyd edək ki, E.Allahverdiyev 2011-2012-ci illərdə İnstitutun emal, saxlama və keyfiyyət laboratoriyasında böyük laborant, 2012-2013-cü illərdə təsərrüfat işləri üzrə qrup rəhbəri vəzifəsində işləyib. 2013-2016-cı illərdə institutda direktor müavini vəzifəsində çalışıb. 2018-ci ildən isə İnstituta rəhbərlik edirdi.

Elmar Allahverdiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 05 Yanvar 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















