Icma.az
close
up
RU
Mədə ağrıyanda bunları etmək olmaz Qastroenteroloqun XƏBƏRDARLIĞI

Mədə ağrıyanda bunları etmək olmaz Qastroenteroloqun XƏBƏRDARLIĞI

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Mədə nahiyəsində yaranan ağrı bəzən düzgün qidalanmama nəticəsində meydana çıxır, lakin bu, həm də daha ciddi sağlamlıq problemlərinin siqnalı ola bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qastroenteroloqlar belə hallarda nələri etməmək lazım olduğunu izah ediblər.

Həkimlər nədən çəkinir?

Vanderbilt Həzm Xəstəlikləri Mərkəzindən Şabnam Sarkerin sözlərinə görə, mədə ağrısının səbəbini müəyyənləşdirmək bəzən çox vaxt aparır. Amma bütün mütəxəssislərin razılaşdığı bir qayda var: ağrını heç vaxt görməməzlikdən gəlmək olmaz, xüsusilə də o, qəfil yaranırsa.

Orlando Həzm İnstitutunun aparıcı qastroenteroloqu, doktor Sunina Natu bildirib ki, mədə və qarın ağrıları öd kisəsində daş, mədə və onikibarmaq bağırsaq xorasının olması, Kron xəstəliyi, qıcıqlanmış bağırsaq sindromu və ya appendisitlə əlaqəli ola bilər.

Bu vəziyyətlər təkcə narahatlıq yaratmır, həm də həzm prosesinə və nəcis ifrazı vərdişlərinə təsir göstərir. “Hər bir ağrının səbəbi var və diqqətlə yanaşılmalıdır”, – Natu vurğulayıb.

Nə vaxt həkimə müraciət etməli?

Ağrının tipi növbəti addımları müəyyənləşdirir. Əgər ağrı kəskin və şiddətlidirsə, təcili yardım şöbəsinə müraciət etmək vacibdir, çünki bəzi hallarda cərrahi müdaxilə tələb oluna bilər.

Xüsusilə mədə, qida borusu və ya yoğun bağırsaq xərçəngi olan ailə tarixçəsinə malik şəxslər simptomlara daha ciddi yanaşmalıdır. Aşağıdakı əlamətlər təhlükə siqnalı sayılır: Qarın ağrısı, düz bağırsaqdan qan gəlməsi, nəcisdə qan izləri

Əgər narahatlıq həftələrlə və ya aylarla davam edirsə, problemi gözardı etmək olmaz. Həkimlər ağrının xarakterini, onu yaradan mümkün səbəbləri və müşayiət edən digər simptomları qeyd etməyi tövsiyə edirlər – bu, dəqiq diaqnozun qoyulmasını asanlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri