Icma.az
close
up
RU
Mədəaltı vəz ağrılarına son qoymaq üçün təbii reseptlər

Mədəaltı vəz ağrılarına son qoymaq üçün təbii reseptlər

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mədəaltı vəz və ya pankreas, adından göründüyü kimi mədənin altında yerləşən və 100 qrama qədər çəkisi olan bir orqandır. 100 qram olmağına baxmayaraq çox böyük bir işin öhdəsindən gəlir. Mədəaltı vəz yağların, zülalların, karbohidratların parçalanması üçün xüsusi maddələr ifraz edir.

Mədəaltı vəzin istehsal etdiyi maddələr öd axacağına tökülür və öd şirəsi ilə qarışmış halda həzmdə iştirak edir. Bu səbəbdən də mədəaltı vəzdə problem əmələ gələndə ilk növbədə öd kisəsi və öd yollarının vəziyyətinə baxılmalıdır. Öd yollarının daşla tutulması zamanı nə öd, nə də mədəaltı vəzin şirəsi onikibarmaq bağırsağa axa bilmir və şirə mədəaltı vəzin özünü yandırır, nəticədə mədəaltı vəzin iltihabı – pankreatit baş verir.

Müalicə öd və öd yollarının təmizlənməsindən başlanılmalıdır. Artıq pankreatit baş verdikdə mədənin alt nahiyəsində şiddətli kəmərvari ağrılar, yeməkdən sonra isə köpmə, ağrı və ürəkbulanma əmələ gəlir. Temperatur arta bilir, arıqlama və təzyiqin düşməsi müşahidə olunur.

Bu zaman nə etməli? İlk növbədə alkoqol və siqaret qəbulu dayandırılmalıdır, asan həzm olunan yeməklərə üstünlük verilməlidir. Kəskin pankreatitdə ən yaxşı müalicə üsulu oruc tutmaqdır, çünki mədə boş olan zaman pankreas şirə ifraz etmir, bir növ istirahət edir və bu da yanmış toxumanın regenerasiya, yəni bərpaolma prosesini sürətləndirir. Mədəaltı vəz iltihabının qarşısını alan və regenerasiya qabiliyyətini artıran çoxlu dərman bitkiləri var.

Mədəaltı vəz iltihabı üçün bitkilər:

1.Tərkibi inulinlə zəngin olan bitkilər, məsələn, atpıtrağı, andız kökləri, udi-hindi və zəncirotu kökləri istifadə olunur. Bitki köklərinin hərəsindən 100 qram bir-birinə qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmlənir, süzülür, termosa tökülür, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan içilir.

2.Boymadərən otu, gülümbahar çiçəyi və solmazçiçəyinin hərəsindən 100 qram götürülür, sonra hərəsindən 1 desert qaşığı (orta xörək qaşığı) götürüb 3 stəkan suda dəmlənir, gündə 3 stəkan yeməkdən 50 dəqiqə  əvvəl 1 stəkan içilir.

3.3 ədəd qoz sındırılaraq içi çıxarılır əl ilə təxminən noxud böyüklüyündə parçalanır, 1 xörək qaşığı yulaf toxumu ilə 200 qram suda 20 dəqiqə dəmlənir və gündə 3 dəfə acqarına içilir.

Yaxşı olardı, mədəaltı vəzisində iltihab olanlar  adi qara çaydan istifadə etməsinlər, yaşıl çay içsinlər və hər dəfə çaya bir çimdik zəncəfil tozu qarışdırsınlar.

Bəzi hallarda öd daşlarının müalicəsində istifadə olunan “ERCP metodunun” tətbiqi zamanı pankreatit baş verə bilir, bu üsulu çox bacarıqlı bir mütəxəssis tətbiq etməlidir.

Çiy su bol-bol içilməlidir, yağlı və qızardılmış yeməklər menyudan çıxarılmalıdır.

fizulihuseynov 

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri