Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Mədəni irs nümunələrinin mühafizəsində kitabxanaların rolu elmi seminar

Mədəni irs nümunələrinin mühafizəsində kitabxanaların rolu elmi seminar

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 27 Mart – Elm Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, elmi seminarda Azərbaycan Milli Kitabxanasının direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Mədəni irs nümunələrinin mühafizəsində kitabxanaların rolu” mövzusunda məruzə edib.

Azərbaycan Milli Kitabxanasının iş təcrübəsi əsasında təqdim edilən məruzədə müasir informasiya cəmiyyətində kitabxanaların rolundan bəhs edilib. Bildirilib ki, kitabxanalar yalnız informasiya təminatı funksiyasını yerinə yetirən qurumlar deyil, eyni zamanda, milli-mədəni irsin qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsində mühüm missiya daşıyan elmi-mədəni institutlardır. Qeyd edib ki, kitabxana fondlarında qorunan nadir və qiymətli əlyazmalar, nəşrlər, tarixi sənədlər və digər informasiya resursları mədəni irsin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Bu resursların qorunması, mühafizəsi və elmi dövriyyəyə cəlb edilməsi kitabxana fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Məruzədə Milli Kitabxananın fondunda mühafizə olunan nadir əlyazma nüsxələri, dünyanın müxtəlif ölkələrində çap olunmuş nadir çap kitablarının nüsxələri, milli-mədəni irsimizin ayrı-ayrı dövrlərini əks etdirən tarixi sənədlər barədə geniş məlumat verilib: “Zəngin kitab fonduna malik Milli Kitabxanada Azərbaycan kitab mədəniyyətinin ilk nümunələri olan əlyazma kitabları, daşbasma üsulu ilə çap olunmuş ilk çap kitabları, XIX əsrdən bu günədək nəşr olunan dövri mətbuat nümunələri toplanıb. Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində dünyanın 20‐ə yaxın dilində ən qədim kitablar, müxtəlif elm sahələrinə aid fundamental tədqiqat əsərləri, qiymətli sorğu ədəbiyyatları mühafizə olunur”.

Araşdırmada, həmçinin Azərbaycan Milli Kitabxanasında həyata keçirilən rəqəmsallaşdırma layihələri, elektron informasiya resurslarının yaradılması, milli biblioqrafik məlumat bazalarının formalaşdırılması və beynəlxalq informasiya mübadiləsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Vurğulanıb ki, müasir texnologiyaların tətbiqi kitabxana fondlarında saxlanılan mədəni irs nümunələrinin qorunmasına və onların geniş istifadəçi auditoriyası üçün əlçatanlığının təmin edilməsinə yeni imkanlar yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Mart 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri