Icma.az
close
up
RU
“Milli mənəvi dəyərlərin mühafizəsində kitabxanaların rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

“Milli mənəvi dəyərlərin mühafizəsində kitabxanaların rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “Milli-mənəvi dəyərlərin mühafizəsində kitabxanaların rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov son dövrlərdə kitaba marağın artmasının qürurverici hal olduğunu deyib. Qeyd edib ki, kitabxanalar milli-mənəvi dəyərlərin saxlanc yeri olmaqla yanaşı, onların etibarlı mühafizəsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Professor qeyd edib ki, kitab və nəşr məhsulları milli-mənəvi dəyərlərin əsas komponentlərindən biridir. Bu səbəbdən onların qorunmasına və mühafizəsinə diqqətin artırılması vacibdir. Kitabxanalar isə bu missiyanın həyata keçirilməsində mühüm rol oynayır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxışında kitabın hər zaman Azərbaycanda və dünyanın müxtəlif ölkələrində qorunub saxlanıldığını vurğulayıb. Komitə sədri beynəlxalq kitab sərgilərinin əhəmiyyətini qeyd edərək, gənclərin kitaba marağının artırılmasının vacibliyini diqqətə çatdırıb. O, əsas məqsədin kitabların və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması olduğunu bildirib.

Konfransda Türkiyə Cümhuriyyəti Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru filologiya elmləri doktoru, professor Afət Abbasova, Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı, Küveyt Milli Kitabxanasının direktoru Seham Alezam çıxış ediblər.

Çıxış edənlər kitabxanaların millətin yaddaşını, bilik və mədəniyyətini birləşdirən, kitabları qoruyub saxlayan müqəddəs məkan olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, milli-mənəvi dəyərlərin yaşadılması tariximizə, bu günümüzə və gələcəyimizə göstərilən ehtiramın təcəssümüdür. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin kitabxanalara göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Həmçinin Bakı Beynəlxalq Kitab Sərgisinin əhəmiyyəti qeyd edilərək, kitabxanalar arasında əlaqələrin qurulmasının önəmi diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycan Milli Kitabxanasına həsr edilmiş videoçarx nümayiş olunub.

Daha sonra konfrans məruzələrlə davam edib.

Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova “Mədəni irs nümunələrinin mühafizəsi sahəsində Azərbaycan Milli Kitabxanasının fəaliyyəti”, Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samira El Malizi “Keçmişi qorumaq, gələcəyi ilhamlandırmaq: Mərakeş Krallığının Milli Kitabxanasının öhdəliyi”, Türkiyə Cümhuriyyəti Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu “Kitabxanaların mədəni irsin qorunmasında rolu: Cümhuriyyət Millət Kitabxanası”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru filologiya elmləri doktoru, professor Afət Abbasova “Kitabxanalar – dəyərlərimizi gələcəyə aparan körpüdür”, Küveyt Milli Kitabxanasının direktoru Seham Alezam “İrsdən gələcəyə: Küveyt Milli Kitabxanasının mədəniyyət sahəsində rolu”, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov “Kitabxanaların milli-mənəvi dəyərlərin qorunmasında və inkişaf etdirilməsində rolu”, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru dosent Mübariz Məmmədli “Respublika Elmi-Texniki Kitabxanasında Azərbaycanın elmi və mədəni mülkiyyətinin qorunması”, Azərbaycan Milli Kitabxanasının Elmi-tədqiqat kitabxanaşünaslıq və metodik təminat şöbəsinin müdiri Aygün Koçak “Azərbaycan Milli Kitabxanasında mühafizə olunan qiymətli İstanbul nəşrləri (XVIII–XIX əsrlərə aid nadir əsərlər haqqında)” mövzularında çıxış ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see215

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri