Icma.az
close
up
RU
Mədəniyyət işçiləri azad olunan ərazilərdə yerləşən bir sıra tarixi abidələri ziyarət ediblər

Mədəniyyət işçiləri azad olunan ərazilərdə yerləşən bir sıra tarixi abidələri ziyarət ediblər

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Füzuli, 22 may, Aydın Yavərzadə, AZƏRTAC

Bir qrup mədəniyyət işçisi İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunan Füzuli və Xocavənd ərazilərində yerləşən tarixi abidələri ziyarət ediblər.

Qarabağ Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, səfər 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunub. Səfər zamanı Füzuli rayonu Qarğabazar kəndində Şah Abbas Karvansarası, Hacı Qiyasəddin məscidi, Qum hamamı və Xocavənd rayonu ərazisində olan Azıx mağarası ziyarət edilib.

Tarixi abidələr barədə səfər iştirakçılarına məlumat verilib. Bildirilib ki, Şah Abbas Karvansarası XVll (1681-ci il) əsrə aiddir və Qarğabazar kəndinin mərkəzində təpənin döşündə tikilib. Karvansaranın memarı məlum olmasa da, tarixi abidə möhtəşəmliyi ilə diqqət çəkir. Lakin işğal zamanı erməni vandalları bu abidəni heyvanların saxlanc yeri kimi istifadə ediblər.

Kənd ərazisində olan Hacı Qiyasəddin məscidinin tikilmə tarixi də karvansara ilə eyni əsrə təsadüf edir (XVII). Hacı Qiyasəddin adlı şəxsin tikdirdiyi məscidin inşası 1683-1684-cü illərə təsadüf edir.

Qum hamamı İlanlı dağdan gətirilən təbii daşlarla tikilib.

Qədim insan məskəni olan Azıx mağarası isə Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində yerləşir. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunub.

Qeyd edilib ki, bu abidələr bizə əcdadlarımızın həyat tərzindən, düşüncələrindən soraq verir.

Ziyarət zamanı səfər iştirakçıları erməni vandalizminin də şahidi olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri