Mədəniyyət nazirliyi maraqlanmadı ki, bu aktyor niyə fəhlə işləyir? Mədəniyyət nazirindən narazıyam...
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İllərimi sənətə vermişəm. Mədəniyyət Nazirliyi bugünədək bir dəfə də olsa mənimlə maraqlanmayıb.
Gununsesi.info xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında tanınmış aktyor Midhat Aydın deyib.
Aktyor nazirliyin ona qarşı laqeyd olduğunu dilə gətirib:
“Bu yaxınlarda fəhlə kimi videom hər kəsin müzakirəsinə səbəb oldu. Ancaq Mədəniyyət Nazirliyi bir maraqlandı ki, bu insanın aktyorluq fəaliyyəti necə olub? Bu adam niyə fəhlə işləyir? İncəsənət sahəsinin aktyoru olduğumu, ümumiyyətlə, nazirlik bilir?
“Keçmişdə dəfələrlə laureatlara layiq görülmüşəm, neçə-neçə filmlərə çəkilmişəm. Xalqımız sağ olsun, diqqət ayırır, ancaq nazirlik məni diqqətdən kənarda saxlayıb. Çox narazıyam, sənətkarlara laqeyd olmaq nə dərəcədə düzgündür? Bir müsbət məqam yoxdur ki, deyim nazirlik bununla bağlı mənimlə əlaqə saxlayıb, diqqət göstərib”,-deyə aktyor əlavə edib.
Qeyd edək ki, 67 yaşlı aktyor ölkənin bir çox aparıcı teatrlarında çalışıb, dəfələrlə kino və seriallarda çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 16 Noyabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















