Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

Mədəniyyətimizə zidd olan MƏRASİM Uşaqların psixologiyasında hansı fəsadlar yaradır?

Mədəniyyətimizə zidd olan MƏRASİM Uşaqların psixologiyasında hansı fəsadlar yaradır?

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər il oktyabrın 31-də Qərb dünyası, xüsusilə Amerikada yaşayan xristianlar qorxulu kostyumlar geyinərək, balqabaq oyaraq, evlərini bəzəyərək, “Halloween” bayramını qeyd edirlər.

Bu bayramı digərlərindən fərqləndirən əsas əlamət odur ki, həmin gün insanların biri-birindən fərqli libaslar geyinməklə bir yerə toplaşırlar.

Avropada yaşayan xristianların qeyd etdikləri bu bayramın kökləri Böyük Britaniya və İrlandiyada yaşamış “Keltlər”in adətlərindən götürülüb.

Bir çox Avropa sivilizasiyasının tarixini formalaşdıran Keltlərin dövründə ən əhəmiyyətli bütpərəst bayramlardan birinin “Samhain” və ya “Ölülər Bayramı” olduğu düşünülür.

İldən-ilə dünyaya yayılan “Halloween” son zamanlar Azərbaycanda da qeyd edilir. Bu bayram əsasən məktəblilər və bağça yaşında olan uşaqlarda daha çox maraq yaradır.

Bəzi psixoloqlar deyirlər ki, bu bayramda istifadə olunan aksessuarlar, obrazlar uşaqların davranış və psixologiyasına mənfi təsir edə bilər.

Bəziləri “Halloween”i əyləncə olaraq adlandırsa da, bir qism isə bu bayramın mədəniyyətimizə zidd olduğunu deyir.

Bəs, bizə yad və qeyr-adi olan bu bayramın Azərbaycanda da keçirilməsi vacibdirmi?

Mövzunu Gununsesi.infoya şərh edən ilahiyyatçı Tural İrfanın sözlərinə görə, Şimali Amerika, Britaniya, Filippin, Latın Amerikası, Avropada ənənəvi şəkildə qeyd edilən “Cadılar bayramı” adlanan “Halloween bayramı” tamamilə bizim dinimizə, milli ənənələrimizə zidd olan bir məsələdir.

“Qərb İslam aləmində milli adətləri, bayramları tədricən sıradan çıxarmaqla öz bayramlarını, öz adətlərini yeridir, müsəlman aləmini tam işğala, istismara zəmin olaraq hazırlayırlar. Qərbdə elə ideoloji institutlar var ki, onlar sırf müsəlmanlar üzərində işləyirlər. Onların müsəlman ölkələrinə təsiri müxtəlif forma və üsullarladır.

Ölkələrin mədəniyyətinə, incəsənətinə, dininə daxil olurlar və buradan hərəkətə keçirlər. Bunun tərkib hissəsi kimi həmin bayramın ölkəmizə ayaq açmasını göstərmək olar. Müsəlmanların, əsasən də xalqımızın ən qədim bayramı Ramazan, Qurban və Novruz bayramlarıdır. Başqalarının qondarma bayramını gətirib xalqın adətlərinə dürtüşdürmək lazım deyil. Mahiyyəti etibarı ilə də pis bayramdır”, – deyə Tural İrfan vurğulayıb.

Tural İrfan qeyd edib ki, uşaqların cadugər, cin, şeytan paltarı geyinib şou göstərməsi qaranlıq qüvvələrin cuşa gətirilməsi bizim ənənələrə ziddir:

“Çox təəssüf ki, bizim camaat özgədən nəyisə mənimsəməyə daha çox meyillidir. Başqaları öz bayramını Azərbaycana diqtə edir. Amma bizimkilər adi bir Novruzu bayramını doğru-düzgün təbliğ edə bilmir. Bizə cin – şeytan bayramı lazım deyil. Bizim öz milli bayramlarımız kifayətdir və bütün lazım olan ənənələri özündə ehtiva edir. Səlib yürüşü Yaxın Şərqdə silahla, bombayla aparılır, amma digər müsəlman ölkələrində milli mədəniyyətləri məhv etməklə, dini parçalanma yaradaraq xurafata cəlb etməklə, incəsənəti korlayıb mütrifləri, azğınları təbliğ etməklə aparılır. Adətlərimizi, dinimizi, mədəniyyətimizi və mənəviyyatımızı hər kəsdən qorumalıyıq”.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramov da bildirib ki, bayram kimi adlandırılan “Halloween”ni heç bir halda bayram adlandırmaq olmaz.

“Halloween” çox rəzil və şeytani mərasimdir. O cümlədən çox qorxunc, psixoloji cəhətdən ağır, bütün mənfi elementlərlə dolu olan bir mərasimdir. Dünyanın hər hansı bir ölkəsində kimsə bunu qeyd edirsə, bunun bizə aidiyyatı yoxdur. Məsələn, Amerikada “Satanizm” açıq və rəsmi qəbul olunmuş dövlət dinlərindən biridir. Satanist məbədləri də var, təşkilatları da açıq şəkildə fəaliyyət göstərir.
Əlbəttə, biz Amerika və ya Avropa ölkəsi deyilik. Bu bayram Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə tamamilə ziddir.

Ümumiyyətlə, nəinki Azərbaycan xalqının insani dəyərlərə, uşaq və böyük psixologiyasına da çox ağır zərbə vuran, qorxunc, dəhşətli bir mərasimdir. Bunu bayram olaraq gətirib Azərbaycanda təbliğ etmək, uşaqlara və gənclərə qəbul etdirmək ancaq düşmən işi ola bilər. Heç bir izahı yoxdur və bunu kimsə hansı bir səbəblə əsaslandıra bilməz. Yeganə arqument budur ki, hər hansı yerdə qeyd edilir”– deyə sosioloq bildirib.

E.Bayramov qeyd edir ki, dünyanın çox yerində nələrsə keçirilirsə, bunun bizə hər hansısa bir aidiyyatı yoxdur.

“Azərbaycanın o qədər bayramları, adət- ənənələri, mərasimləri var ki, onların heç əksəriyyəti qeyd edilmir. Cəmiyyət özü bundan narahat olmalı, bu biabırçılıqlara son qoymalıdır.

Bir Türk, Müsəlman ölkəsi olaraq Azərbaycanda bunun təbliği əsassızdır. Kimlərsə bu murdar və rəzil mərasimi gətirib dəb halına salmaq istəyir.

Ən pisi də budur ki, bir çox valideynlər bunu başa düşmür. Bu da normaldır. Çünki kütlə olaraq insanlar küyə düşür. Bəzən bu kimi məsələlərdə savadsızlıq da rol oynayır. İnsanlar bəzən harada nə görsə elə düşünür ki, yaxşı bir şeydir və heç bir halda mahiyyətinə baxmır. Psixoloji olaraq fonda nə baş verir, alt şüura necə təsir göstərir, bunları başa dərk etməyə bilər.

Məlum məsələdir ki, hər kəs ağıllı olmaya bilər. Amma cəmiyyətin avanqard qüvvələri, ziyalılar, dövlət, media buna qarşı ciddi mübarizə aparmalıdır. Biz milli kimliyimizi qorumalıyıq. Başqa vaxt millət, vətən deyə-deyə ortalıqda gəzirlər.

Bu qaydada vətən deməklə işlər birmir. Millət, vətən o zaman olur ki, öz milli dəyərlərini, milli mədəniyyət elementlərini yaşadasan, qoruyasan və daima təbliğ edəsən. Kənardan gələn rəzil, murdar, əxlaqsız sistemləri cəmiyyətdə inkişat etməsinə imkan vermək olmaz.

Xalq olaraq bu günə kimi öz adət və ənənənlərimizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi qorumuşuq. Bir daha qeyd edirəm bu məsələlərdə çox ciddi tədbirlər görülməlidir”– deyə sosioloq fikirlərini yekunlaşdırıb.

Bu məsələnin vacibliyinə toxunan Milli Məclisin deputatı Ceyhun Məmmədov da qeyd edib ki, öz bayramlarımızı layiqincə qeyd etməyən insanlar bu istiqamətdə səy göstərərək, bizə yad olan bayramları qeyd etməyə çalışırlar.

“Təəssüf ki, bu gün artıq bir çox məktəblərdə və müxtəlif yerlərdə də özünü göstərir. Hesab edirəm, bu qloballaşmanın növbəti bir təzahürü və göstəricisidir. Gələcəkdə bizim üçün problem yarada biləcək bir məsələdir. Biz bu məsələdə çox diqqətli və ehtiyatlı olmalıyıq, gənclərimizi daha çox milli və vətənpərvər ruhda tərbiyə etməli, onları bu istiqamətə yönləndirməliyik.

Ümumiyyətlə, bu bayramın bizim ölkəmizdə qeyd edilməsi Azərbaycan ilə heç bir əlaqəsi yoxdur. Bu bayramı Azərbaycana gətirmək istəyənlər, dırnaqarası bizim milli bayramımıza çevirmək istəyənlər isə yanlış yoldadırlar və yanlış addım atırlar. Bu kimi məsələlərdə hər kəsin diqqətli olması və bu məsələyə həssas yanaşması çox vacibdir. Bir neçə gün əvvəl parlamentdə çıxışımda da milli ideologiya və milli dəyərlər mövzusuna toxunmuşam. Milli mədəvi dəyərlərimizi, ənənələrimizi qorumalıyıq”– deyə deputat əlavə edib.

Deputat sonda vurğulayıb ki, xalq olaraq milli dəyərlərimizi qorumasaq, bu, bizə gələcəkdə ciddi problemlər yaradacaq və qarşısalınmaz bir məsələyə çevriləcək.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri