Mədəniyyətimizə zidd olan şeytani MƏRASİM Uşaqların psixologiyasında hansı fəsadlar yaradır?
Hər il oktyabrın 31-də Qərb dünyası, xüsusilə Amerikada yaşayan xristianlar qorxulu kostyumlar geyinərək, balqabaq oyaraq, evlərini bəzəyərək, “Halloween” bayramını qeyd edirlər.
Bu bayramı digərlərindən fərqləndirən əsas əlamət həmin gün insanların biri-birindən fərqli libaslar geyinməklə bir yerə toplanmasıdır.
Avropada yaşayan xristianların qeyd etdikləri bu bayramın kökləri Böyük Britaniya və İrlandiyada yaşamış keltlərin adətlərindən götürülüb.
Bir çox Avropa sivilizasiyasının tarixini formalaşdıran Keltlərin dövründə ən əhəmiyyətli bütpərəst bayramlardan birinin Samhain və ya Ölülər Bayramı olduğu düşünülür.
İldən-ilə dünyaya yayılan “Halloween” son zamanlar Azərbaycanda da qeyd edilir. Bu bayram əsasən məktəblilər və bağça yaşıdlı uşaqlarda maraq yaradır.
Bəzi psixoloqlar deyirlər ki, bu bayramda istifadə olunan aksesuarlar və obrazlar uşaqların davranış və psixologiyasına mənfi təsir edə bilər.
Bəziləri “Halloween”i əyləncə olaraq adlandırsa da, bir qism isə bu bayramın mədəniyyətimizə zidd olduğunu deyir.
Bəs, yad və qeyr-adi olan bu bayramın Azərbaycanda da keçirilməsi vacibdirmi?
Mövzunu Gununsesi.info-ya şərh edən ilahiyyatçı Tural İrfanın sözlərinə görə, Şimali Amerika, Britaniya, Filippin, Latın Amerikası, Avropada ənənəvi şəkildə qeyd edilən “Cadılar bayramı” adlanan “Halloween bayramı” tamamilə bizim dinimizə, milli ənənələrimizə zidd olan bir məsələdir.
![](https://www.gununsesi.info/wp-content/uploads/2024/11/61641176_1037991636398690_1381152497598464000_n-300x199.jpg)
“Qərb İslam aləmində milli adətləri, bayramları tədricən sıradan çıxarmaqla öz bayramlarını, öz adətlərini yeridirlər. Müsəlman aləmini tam işğala, istismara zəmin olaraq hazırlayırlar. Qərbdə elə ideoloji institutlar var ki, onlar sırf müsəlmanlar üzərində işləyirlər. Onların müsəlman ölkələrinə təsiri müxtəlif forma və üsullarladır.
Ölkələrin mədəniyyətinə, incəsənətinə, dininə daxil olurlar və daxildən hərəkətə keçirlər. Bunun tərkib hissəsi kimi həmin bayramın ölkəmizə ayaq açmasını göstərmək olar. Müsəlmanların, əsasən də xalqımızın ən qədim bayramı Ramazan, Qurban və Novruz bayramlarıdır. Başqalarının qondarma bayramını gətirib xalqın adətlərinə dürtüşdürmək lazım deyil. Mahiyyəti etibarı ilə də pis bayramdır”, – deyə Tural İrfan vurğulayıb.
Tural İrfan qeyd edib ki, uşaqların cadugər, cin, şeytan paltarı geyinib şou göstərməsi qaranlıq qüvvələrin cuşa gətirilməsi bizim ənənələrə ziddir: “Çox təəssüf ki, bizim camaat özgədən nəyisə mənimsəməyə daha çox meyillidir. Başqaları öz bayramını Azərbaycana diqtə edir. Amma bizimkilər adi bir Novruzu bayramını doğru-düzgün təbliğ edə bilmir. Bizə cin – şeytan bayramı lazım deyil. Bizim öz milli bayramlarımız kifayətdir və bütün lazım olan ənənələri özündə ehtiva edir. Səlib yürüşü Yaxın Şərqdə silahla, bombayla aparılır, amma digər müsəlman ölkələrində milli mədəniyyətləri məhv etməklə, dini parçalanma yaradaraq xurafata cəlb etməklə, incəsənəti korlayıb mütrifləri, azğınları təbliğ etməklə aparılır. Adətlərimizi, dinimizi, mədəniyyətimizi və mənəviyyatımızı hər kəsdən qorumalıyıq”.
![](https://www.gununsesi.info/wp-content/uploads/2024/11/ff_7392-300x198.webp)
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramov bildirib ki, bayram kimi adlandırılan “Halloween”ni heç bir halda bayram adlandırmaq olmaz.
“”Halloween” çox rəzil və şeytani mərasimdir. Çox qorxunç, psixoloji cəhətdən çox ağır, bütün mənfi elementlərlə dolu olan bir mərasimdir. Dünyanın hər hansı bir ölkəsində kimsə bunu qeyd edirsə, bunun bizə aidiyyatı yoxdur. Məsələn, Amerikada satanizm açıq və rəsmi qəbul olunmuş dövlət dinlərindən biridir. Satanist məbədləri də var, təşkilatları da açıq şəkildə fəaliyyət göstərir.
Əlbəttə, Amerika və ya Avropa ölkəsi deyilik. Bu bayram Azərbaycan xalqının milli mənəvi dəyərlərinə tamamilə ziddir.
Ümumiyyətlə nəinki Azərbaycan xalqının insani dəyərlərə, uşaq və böyük psixologiyasında çox ağır zərbə vuran, qorxunç, dəhşətli bir mərasimdir.Bu bayram olaraq gətirib Azərbaycanda təbliğ etmək, uşaqlara və gənclərə qəbul etdirmək ancaq düşmən işi ola bilər. Heç bir izahı yoxdur və bunu kimsə hansı bir səbəblə əsaslandıra bilməz.Yeganə arqument budur ki,hər hansı yerdə qeyd edilir”– deyə sosioloq bildirib.
E.Bayramov qeyd edir ki, dünyanın çox yerində nələrsə keçirilirsə, bunun bizə hər hansı bir aidiyyatı yoxdur.
![](https://www.gununsesi.info/wp-content/uploads/2024/11/WhatsApp-Image-2024-11-04-at-17.21.09-300x163.jpeg)
“Azərbaycanın o qədər bayramları, adət- ənənələri, mərasimləri var ki,onların əksəriyyəti heç də qeyd edilmir. Bu məsələlərə ciddi şəkildə dövlət müdaxilə etməlidir. Cəmiyyət özünarahat olmalıdır. Bu biabırçılıqlara son qoyulmalıdır.
Türk, müsəlman ölkəsi olaraq Azərbaycanda bunun təbliği əsassızdır. Kimlərsə bu murdar və rəzil mərasimi gətirib dəb halına salmaq istəyir.
Ən pisi də budur ki, bir çox valideynlər bunu başa düşmür. Bu da normaldır. Çünki kütlə olaraq insanlar küyə düşür. Bəzən bu kimi məsələlərdə savadsızlıqda rol oynayır. İnsanlar bəzən harada nə görsə elə düşünür ki, yaxşı bir şeydir və heç bir halda mahiyyətinə baxmır. Psixoloji olaraq, arxa fonunda nə baş verir, alt şüura necə təsir göstərir bunları başa dərk etməyə bilər.
Məlum məsələdir ki, hər kəs ağıllı olmaya bilər. Amma cəmiyyətin avanqard qüvvələri, ziyalılar, dövlət, media buna qarşı ciddi mübarizə aparmalıdır. Biz milli kimliyimizi qorumalıyıq. Başqa vaxt millət vətən deyə-deyə ortalıqda gəzirlər.
Bu qaydada vətən deməklə işlər birmir. Millət, vətən o zaman olur ki, öz milli dəyərlərini, milli mədəniyyət elementlərini yaşadasan, qoruyasan və daima təbliğ edəsən. Kənardan gələn rəzil, murdar, əxlaqsız sistemləri cəmiyyətdə inkişat etməsinə imkan vermək olmaz.
![](https://www.gununsesi.info/wp-content/uploads/2024/11/141031150501_halloween_624x351_afp.jpg-300x169.webp)
Xalq olaraq bu günə kimi öz adət və ənənənlərimizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi qorumuşuq. Bir daha qeyd edirəm bu məsələlərdə çox ciddi tədbirlər görülməlidir”– deyə sosioloq fikirlərini yekunlaşdırıb.
Bu məsələnin olduqca önəmli və vacibliyinə toxunan Milli Məclisin deputatı Ceyhun Məmmədov da qeyd edib ki, öz bayramlarımızı layiqincə qeyd etməyən insanlar bu istiqamətdə səy göstərərək bizə yad olan bayramları qeyd etməyə çalışırlar.
![](https://www.gununsesi.info/wp-content/uploads/2024/11/464073115_1001446138451023_230526977422904429_n-300x200.jpg)
“Təəssüf ki, bu gün artıq bir çox məktəblərdə və müxtəlif yerlərdə də özünü göstərir. Hesab edirəm, bu qloballaşmanın növbəti bir təzahürü və göstəricisidir. Gələcəkdə bizim üçün problem yarada biləcək bir məsələdir. Biz bu məsələdə çox diqqətli və ehtiyatlı olmalıyıq. Biz gənclərimizi daha çox milli və vətənpər ruhda tərbiyə etməli və onları bu istiqamətə yönləndirməliyik.
Ümumiyyətlə, bu bayramın bizim ölkəmizdə qeyd edilməsi Azərbaycan ilə heç bir əlaqəsi yoxdur. Bu bayramı Azərbaycana gətirmək istəyənlər dirnaqarası bizim milli bayramımıza çevirmək istəyənlər isə yanlış yoldadırlar və yanlış addım atırlar. Bu kimi məsələlərdə hər kəsin diqqətli olması və bu məsələyə həssas yanaşması çox önəmlidir. Bir neçə gün əvvəl parlamentdə də çıxışımda milli ideologiya və milli dəyərlər mövzusuna toxunmuşam. Milli mədəvi dəyərlərimizi, ənənələrimizi qorumalıyıq”– deyə deputat əlavə edib.
Deputat sonda vurğulayıb ki, xalq olaraq milli dəyərlərimizi qorumasaq, bu, bizə gələcəkdə ciddi problemlər yaradacaq və qarşısalınmaz bir məsələyə çevriləcək.
![](https://www.gununsesi.info/wp-content/uploads/2024/11/453525202_1014294213381208_6257533787313767808_n-300x200.jpg)
Şəbnəm Rəhimova
![see](https://icma.az/template/assets/see.png)