Icma.az
close
up
RU
Media: ABŞ miqrantların Şərqi Avropaya deportasiya olunmasını istəyir

Media: ABŞ miqrantların Şərqi Avropaya deportasiya olunmasını istəyir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağ ev qeyri-rəsmi kanallar vasitəsilə Şərqi Avropa ölkələrindən, o cümlədən Moldova və Kosovodan ABŞ-dan deportasiya olunacaq qanunsuz miqrantları qəbul etmələrini istəyib.

AZƏRTAC xəbər verir ki, “Wall Street Journal” bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Vaşinqton, eyni zamanda, Monqolustanla, həmçinin Afrikanın dörd ölkəsi – Liviya, Esvatini, Ruanda və Beninlə qeyri-qanuni mühacirlərin qəbulu ilə bağlı danışıqlar aparır. Ağ ev paralel olaraq Latın Amerikasının iki ölkəsi - Honduras və Kosta-Rika ilə deportasiya prosesinə dair uzunmüddətli müqavilələr imzalamaq niyyətindədir. Donald Tramp administrasiyası miqrasiya böhranının həllinə yardım müqabilində bu ölkələrə maliyyə dəstəyi və siyasi imtiyazlar təklif edir.

Nəşr, həmçinin qeyd edir ki, Ağ ev artıq Panama ilə oxşar deportasiya modelini sınaqdan keçirib. Belə ki, fevral ayında Yaxın Şərqin bir neçə ölkəsinin 100-dən çox vətəndaşı Panamaya göndərilib, bundan sonra yerli hakimiyyət onları vətənlərinə qaytarmağa başlayıb.

Xatırladaq ki, Donald Tramp dəfələrlə ABŞ-ın immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. Yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra o, Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejimi elan edib. Eyni zamanda, ABŞ Daxili Təhlükəsizlik Departamenti hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirərək onlara qanunsuz mühacirləri immiqrasiya məhkəməsinin qərarı olmadan sürətləndirilmiş prosedurlarla deportasiya etməyə icazə verib.

“New York Post” nəşrinin məlumatına görə, Trampın andiçmə mərasimindən sonra 100 mindən çox mühacir Birləşmiş Ştatlardan çıxarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri