Icma.az
close
up
RU
Media: Azərbaycanla əməkdaşlıq Aİ ni geosiyasi böhranlara daha dayanıqlı edib

Media: Azərbaycanla əməkdaşlıq Aİ ni geosiyasi böhranlara daha dayanıqlı edib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rumıniyanın ixtisaslaşmış iqtisadi nəşri “Financial Intelligence” Avropa İttifaqının enerji siyasətinə dair analitik materialında bildirib ki, son illərdə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində atılan addımlar Aİ-ni geosiyasi böhranlara qarşı daha dayanıqlı edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ukrayna müharibəsindən əvvəl Avropa İttifaqının təbii qaz idxalının təxminən 45 faizini, neftin isə 25 faizini Rusiyadan əldə etdiyi qeyd olunub. Sonrakı dövrdə isə Brüssel enerji təhlükəsizliyi strategiyasını köklü şəkildə yenidən quraraq təchizatçıların və nəqliyyat marşrutlarının diversifikasiyasına üstünlük verib.

Analitik təhlilə əsasən, hazırda Avropa enerji bazarında Norveç, ABŞ, Əlcəzair, Azərbaycan və Qazaxıstan əsas təchizatçılar sırasında yer alır. Xüsusilə mayeləşdirilmiş təbii qazın idxalında ABŞ-ın rolu əhəmiyyətli dərəcədə artıb. Bunun fonunda Rusiyanın Avropa enerji bazarındakı payı kəskin azalıb.

Materialda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ayrıca vurğulanır. Bildirilir ki, Cənub Qaz Dəhlizi Avropa üçün alternativ və etibarlı enerji mənbəyi yaradaraq Aİ-nin strateji asılılığını azaldıb. Azərbaycan qazının Avropa bazarına çıxarılması, xüsusilə Cənub və Cənub-Şərqi Avropa ölkələri üçün sabitləşdirici faktor kimi qiymətləndirilir.

“Financial Intelligence” nəşri yazır ki, enerji mənbələrinin diversifikasiyası Aİ-yə yalnız tədarük risklərini minimuma endirmək imkanı vermir, eyni zamanda enerji qiymətlərində sabitlik, iqtisadi davamlılıq və siyasi manevr imkanlarını da gücləndirir. Nəticə olaraq qeyd edilir ki, Avropa İttifaqının seçdiyi enerji strategiyası uzunmüddətli perspektivdə daha müstəqil, çevik və böhranlara davamlı Avropa modeli formalaşdırır və bu modeldə Azərbaycan kimi etibarlı tərəfdaşların rolu getdikcə daha da artır.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri 
Buxarest

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Yanvar 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see372

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see217

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see184

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see179

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see176

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see151

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see139

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see138

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see137

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri