Icma.az
close
up
RU
Media: Kremlin hərbi mühərriki boğulub

Media: Kremlin hərbi mühərriki boğulub

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskva əsəbiləşməyə başlayır...

...Ukraynaya qarşı qırx ay davam edən müharibədən sonra Rusiya iqtisadiyyatı təhlükəli həddə yaxınlaşır. Artım templəri yavaşlayır, qiymətlər sürətlə yüksəlir və yığılmış ehtiyatlar demək olar ki, tükənib. Hətta Kreml də artıq gizlətmir ki, hərbiləşdirmə və karbohidrogen satışına əsaslanan əvvəlki inkişaf modeli özünü tükəndirib.

SİA-nın məlumatına görə, bu barədə EL PAÍS yazır.

Bir vaxtlar Rusiyanın gücünü nümayiş etdirən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu bu il narahatlıqla dolu idi. İqtisadi İnkişaf naziri Maksim Reşetnikov birbaşa etiraf etdi: “Biz tənəzzül astanasındayıq”.

Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina əlavə edib ki, son illər iqtisadiyyatı dəstəkləyən resurslar praktiki olaraq tükənib.

Makroiqtisadi Təhlil Mərkəzinin ekspertləri artımın dayandığı və inflyasiyanın yüksək olaraq qaldığı nadir və təhlükəli vəziyyət olan staqflyasiya barədə xəbərdarlıq edir.

İki il yarım ərzində əsas dərəcənin ilk dəfə azaldılmasından sonra da - 21-dən 20 faizə qədər - vəziyyət kritik olaraq qalır.

...Rəsmi məlumatlara görə, illik inflyasiya 10 faizi ötsə də, müstəqil qurumlar 15 faizdən yuxarı rəqəmdən danışırlar.

Rəsmi statistika ölkədə işsizlik səviyyəsinin 2 faizdən bir qədər yuxarı olduğunu, orta əmək haqqının isə ilk dəfə olaraq 100 min rublu keçdiyini iddia etsə də, rusların real alıcılıq qabiliyyəti durmadan azalır.

Həmin dövrdə inflyasiya 24 faiz təşkil edib. Dövlət Dumasının deputatı Nikolay Arefyev birbaşa bildirib: "Hakimiyyət real inflyasiya məlumatlarını gizlədir. Düzünü desəm, biz maaşları və pensiyaları qaldırmalı olacağıq və dövlətin bunun üçün pulu yoxdur".

2025-ci ili 0,5 faiz büdcə kəsiri ilə bağlamaq cəhdi uğursuzluqla nəticələnib.

Yeni təxmin 1,7 faiz, əvvəlki illə eynidir. Eyni zamanda, Milli Rifah Fondunda 4 trilyon rubldan az vəsait qalıb ki, bu da cari ilin büdcə kəsiri ilə təxminən eynidir. Əksər vətəndaşların maddi vəziyyəti pisləşir.

...FOM mərkəzinin məlumatına görə, hər on rusiyalıdan yalnız biri həyatlarının yaxşılaşdığına inanır, hər beş nəfərdən biri isə bunun əksini deyir. Əmək haqqının ödənilməsində gecikmələr üç dəfə artıb, vaxtı keçmiş kreditləri olan (90 gündən az) rusiyalıların sayı 8,8 milyon nəfəri keçib. İqtisadiyyatdakı problemlər təkcə rusların cibinə təsir etmir. Stolıpin İnstitutu bildirir: Birinci rübdə şirkətlərin 70 faizdə tələbat azalıb.

Əmək bazarında vakansiyalar azalıb, avtomobil satışları 25 faiz, geyim sektorunda satışlar isə 30-35 faiz azalıb. Hətta hərbi sənayeyə külli miqdarda subsidiyalar belə ümumi tənəzzülü kompensasiya etmək iqtidarında deyil.

Hərbi xərclər neft və qaz ixracı ilə yanaşı, 2022-ci ildən bəri Rusiya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olaraq qalır. Amma hətta bu süni artım da sönür. Rosstat və Ali İqtisadiyyat Məktəbinin məlumatına görə, son dörd ildə mülki sektor cəmi 1,9 faiz artıb. Bu çox azdır.

Kremlin idxalın əvəzlənməsi ilə bağlı ümidləri də özünü doğrultmadı. Rusiya iqtisadiyyatı getdikcə daha çox xarici tədarüklərdən, xüsusən də Çindən asılıdır. İqtisadçı Vladislav İnozemtsev hesab edir ki, sərt xərclərin azaldılmasına başlamazdan əvvəl Rusiyanın büdcə manevrinə təxminən bir il qalıb.

Sülh gəlsə, maaş məsələsi xüsusilə kəskinləşəcək: səfərbər olan əsgərlər hazırda ayda 2000 avrodan çox pul alırlar ki, bu da orta maaşdan 4 dəfə çoxdur. Dünya maliyyə zərbəsi riski altındadır.

Professor Maksim Mironov hesab edir ki, hakimiyyət ixracdan gələn valyuta gəlirləri hesabına büdcəni doldurmaq üçün problemi rublun növbəti devalvasiyası ilə həll etməyə cəhd edə bilər.

...Amma bu, əlavə inflyasiyaya gətirib çıxaracaq ki, bu da artıq əhalinin hökumətə inamını sarsıdır.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 İyul 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri