Icma.az
close
up
RU
Media nümayəndələri üçün xüsusi proqram təşkil edildi FOTO

Media nümayəndələri üçün xüsusi proqram təşkil edildi FOTO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə məhsulları təchizatçılarından olan "Avromed Company" MMC 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib.
Bizim.Media xəbər verir ki, jurnalistlərin peşə bayramına həsr olunan tədbir Azərbaycan Milli Təbabət Muzeyinə info-turla başlayıb.
Muzey ziyarəti zamanı media nümayəndələri Azərbaycanın zəngin tibb tarixi, təbabət ənənələri və bu sahənin inkişaf mərhələlərini əks etdirən eksponatlarla tanış olublar.
Daha sonra media nümayəndələri üçün sağlamlıq və gözəllik sahəsində aktual mövzulara həsr olunan iki təqdimat keçirilib.
 

Tədbirin açılışında çıxış edən şirkət nümayəndələri jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edərək, cəmiyyətin səhiyyə sahəsində düzgün maarifləndirilməsində medianın rolunu yüksək qiymətləndiriblər. Qeyd olunub ki, sağlamlıqla bağlı dəqiq, balanslı və etibarlı informasiyanın ictimaiyyətə çatdırılması media ilə peşəkar əməkdaşlığın vacibliyini daha da artırır.


İlk təqdimatda bioloji aktiv qida məhsulları (BAQM) ilə dərman vasitələri arasındakı əsas fərqlər, bu məhsulların təyinatı, istifadəsi, qanunvericiliklə tənzimlənməsi və beynəlxalq istehsal standartları barədə məlumat verilib. Bildirilib ki, BAQM-lar orqanizmin qida rasionunu dəstəkləmək məqsədi daşıyır və dərman vasitələrini əvəz etmir.
Təqdimat zamanı GMP (Good Manufacturing Practice) standartlarının məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, eləcə də istehlakçıların düzgün məlumatlandırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Daha sonra şirkətin nümayəndəsi Səbinə Dadaşova qlobal beauty sənayesində formalaşan yeni tendensiyalar və elmi yanaşmanın əhəmiyyəti barədə təqdimatla çıxış edib.
Bildirilib ki, müasir istehlakçılar artıq yalnız vizual effekt və marketinq vədlərinə deyil, klinik effektivliyi sübut olunmuş, təhlükəsiz və elmi əsaslandırılmış məhsullara üstünlük verirlər.
 

Təqdimat zamanı Avromedin dermatoloji və selektiv kosmetika portfeli haqqında da məlumat verilib. Qeyd olunub ki, şirkət dermatoloji məhsullar seqmentində Pharmaceris, BABÉ və Uriage, selektiv kosmetika istiqamətində isə Clinique, Darphin, Dr.Jart+, The Ordinary və Origins kimi beynəlxalq brendlərin Azərbaycandakı rəsmi təchizatçılarındandır.


Həmçinin bu məhsulların istehlakçılar üçün əlçatanlığının təmin edilməsində şirkətin tərəfdaşı olan "Aloe+" apteklər şəbəkəsi ilə əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Təqdimatlardan sonra keçirilən sual-cavab sessiyasında jurnalistləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı qlobal sağlamlıq və beauty trendləri, məhsul portfelinin formalaşdırılması prinsipləri, beynəlxalq keyfiyyət standartları və istehlakçı maarifləndirilməsi ilə bağlı suallar şirkət nümayəndələri tərəfindən cavablandırılıb. Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən “Avromed Company” MMC Azərbaycanda əczaçılıq sektorunun inkişafına töhfə verən aparıcı distribüter şirkətlərdən biridir.
Şirkət dünyanın 40-dan çox ölkəsindən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə üzrə aptek, klinika və xəstəxanaları fasiləsiz olaraq sağlamlıq məhsulları ilə təmin edir. Avromed müasir logistika şəbəkəsi və keyfiyyətli məhsulları ilə bazarda etibarlı lider kimi tanınır.






Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 İyul 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri