Icma.az
close
up
RU
Media: Pentaqon İranın nüvə obyektlərinin məhv edildiyinə əmin deyil

Media: Pentaqon İranın nüvə obyektlərinin məhv edildiyinə əmin deyil

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 iyul, AZƏRTAC

ABŞ Müdafiə Nazirliyinin hərbi təhlükələrin azaldılması agentliyi iyunun 22-də GBU-57 tipli bunker əleyhinə bombaların İranın nüvə obyektlərini tam məhv etməsi ilə bağlı dəqiq sübutlara malik deyil.

AZƏRTAC xəbər verir ki, “Associated Press” agentliyi bu barədə qurumun iki yüksəkvəzifəli əməkdaşına istinadla məlumat yayıb. Bildirilir ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələrinin zərbələrindən sonra bombaların nüvə obyektlərinin yerləşdiyi dərinliyə tam nüfuz edib-etmədiyi ilə bağlı agentlikdə qəti əminlik yoxdur. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, əməliyyatın uğurla nəticələndiyini sübut edən etibarlı məlumatlar hələlik əldə olunmayıb.

Qeyd edək ki, bir müddət öncə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi CBS telekanalına müsahibəsində İranın nüvə proqramının bir sıra komponentlərini qoruduğunu və bir neçə ay ərzində uranın zənginləşdirilməsinə yenidən başlaya biləcəyini deyib. O, həmçinin “Fordo”, “Natanz” və İsfahandakı müəssisələrdə uranın emalı və zənginləşdirilməsi imkanlarının qismən məhv edildiyinə baxmayaraq, tamamilə sıradan çıxarılmadığını vurğulayıb.

Eyni zamanda, CNN telekanalı iyunun 24-də ABŞ kəşfiyyat xidmətlərinə istinad edərək hava zərbələri nəticəsində İranın nüvə proqramının əsas elementlərinin məhv edilmədiyi barədə məlumat yayıb. İlkin qiymətləndirməyə görə, əməliyyat Tehranın nüvə silahı əldə etmə imkanlarını yalnız bir neçə ay gecikdirə bilər.

Xatırladaq ki, iyunun 25-də ABŞ Prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset yeni kəşfiyyat məlumatlarını əsas gətirərək, “Fordo”, “Natanz” və İsfahanda yerləşən nüvə obyektlərinin tam sıradan çıxarıldığını iddia ediblər. Ağ evdən bildirilib ki, İran zərbələrdən əvvəl nüvə materiallarını komplekslərdən çıxarmağa nail olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see234

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see208

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see190

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see171

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see147

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see137

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see134

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see129

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see128

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see128

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri