Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Media savadlılığı məsələsində vətənpərvərlik hissi, vicdan elementləri olmalıdır Ekspertlər fərqli yanaşmalar Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Media savadlılığı məsələsində vətənpərvərlik hissi, vicdan elementləri olmalıdır Ekspertlər fərqli yanaşmalar Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gündən etibarən Azərbaycanda "Media Savadlılığı" həftəsinə start verilib.

Layihə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, o cümlədən media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə həyata keçirilir.

Bəs, bu tip layihələrin keçirilməsinin əsl məğzi nədən ibarətdir?

Qeyd edək ki, layihə 16-22 dekabr tarixlərini əhatə edəcək.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, media savadlılığı təkcə jurnalistlərin üzərinə düşən bir iş deyil:

"Birinci növbədə media savadlılığı üçün cəmiyyət hazırlanmalıdır və media haqqında bilikləri təkmilləşməlidir. Dəqiq informasiya mənbələri haqqında saxta, kirli xəbərlər barədə bu xəbərlərin qaynaqları haqqında məlumatlar verilməlidir. Yəni, cəmiyyət hazırlanmasa, media savadlılığı təkcə jurnalistlərin üzərinə düşən bir iş deyil. Cəmiyyətin bütün strukturları bu sahədə hazırlanmalıdır. Maarifləndirici işlər, təbliğat aparılmalıdır. Təbii ki, burada ciddi, peşəkar medianın da müəyyən öhdəlikləri var.

Öhdəliklər də bundan ibarətdir ki, bu cür kirli informasiyaların, cəmiyyətin yola yönləndirən xəbərlərin, dezinformasiyaların qarşısını almaq üçün ciddi çalışmalıdırlar və bizim sosial media şəbəkələrindən kənarda, təbii ki, işimizi qurmaq imkanlarımız yoxdur. O baxımdan sosial media şəbəkələrində də fəal olmalıdır və bu tip informasiyaların qarşısı alınmalıdır. Aydın məsələdir ki, bu dezinformasiyalar artıq təkcə bir ölkənin problemi deyil. İnformasiya savaşı müxtəlif silahlardan istifadə olunan müharibələrdən fərqli olaraq daha dəhşətlidir. Cəmiyyətdə bir iflas əhval-ruhiyyəsi yarada bilər, dövlətlərarası münasibətləri pozmağa cəhd göstərə bilər, etnik münaqişələri qızışdıra bilər, insanları bir-birinə qaldıra bilər. Bunun üçün də media savadlılığı önəmlidir".

Media eksperti qeyd edib ki, orta məktəblərdə sosial media dərsləri keçirilməlidir:

"Mən bir neçə il əvvəl təklif etmişdim ki, orta məktəblərdə sosial media dərsləri keçirilsin. Biz bunu havadan götürməmişdik. Türkiyədə artıq bu sahədə müəyyən təcrübələr var. Həmin təcrübələrdən istifadə edərək müəyyən işləri orta məktəblərdə görmək olardı. Misal üçün, o vaxtkı təcrübələrdən biri bundan ibarət idi ki, "Həyat Bilgisi" dərsliklərinin içərisində bu sosial media şəbəkələri, doğru-dürüst informasiyalar, yönləndirici informasiyalarla bağlı məlumatlar dərc olunsun. Bu, orta məktəb auditoriyasında artıq şagirdlər dəqiq və qeyri-dəqiq informasiyalar haqqında sosial media şəbəkələrinin önəmi, əhəmiyyəti, faaliyyəti haqqında məlumatlı olmalıydılar. Lakin həmin dönəmlə bəzi deputatlar belə fikir yürütdülər ki, şagirdlərin təhsil yükü çoxdur, bu şeylərə ehtiyac yoxdur. Zaman onu göstərdi ki, bu vaxtında görüləsi bir iş idi. Əlbəttə ki, media savadlılığı məsələsində vətənpərvərlik hissi, vicdan elementləri olmalıdır".

Mövzuya münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, hazırda hər kəs xəbər istehsalçısıdır:

"Rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı, sosial media platformalarının çoxalması yaşadığımız dövrdə informasiya axınını sürətləndirir. İnsanlar, hətta fərdi istəkləri olmasa belə, hər gün yüzlərlə informasiyanı eşidir, görürü və dinləyirlər. Həmçinin, cəmiyyət üzvləri özləri də çox vaxt xəbər istehsalçısı və ya xəbər mənbəyi rolunda çıxış edirlər. İndi hər bir kəs ya xəbər alıcısı, ya da xəbər istehsalçısıdır. Təəssüf ki, gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. "Yanlış xəbər”, "saxta xəbər”, "dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir. "Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir. 

Bu cür xəbər bolluğunda düzgün olanı seçmək, informasiya etibarlılığını müəyyənləşdirmək üçün insanların müəyyən bacarıqlara malik olması vacibdir. İnsanlar doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar. Yaxud, özləri xəbər mənbəyi rolunda çıxış edərkən, obyektiv davranmağı bacarmalıdırlar. Bir sözlə, insanlar xəbər istehsalı, emalı və istehlakı barədə ən azı ümumi bilgilərə malik olmalıdırlar. Bütün bu elementlərin hamısı "media savadlılığı” proqramında ifadə olunur".

Ekspert onu da əlavə edib ki, "Media haqqında" qanun ölkədə media savadlılığının artırılmasını zəruri edir:

"Əlamətdar haldır ki, 2022-ci ildən qüvvəyə minmiş "Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür. Həmçinin, Medianın İnkişafı Agentliyi media savadlılğının artırılması yönündə işlərin səməriliyini təmin etmək  üçün xüsusi proqramlar icra edir. 2023-cü ildə Agentlik tərəfindən "Medialiteracy.media.gov.az” portalı yaradılaraq istifadəyə verilib. Bu portal media savadlılığı istiqamətdə məlumat almaq istəyənlər üçün mühüm töhvəyə çevrilib. Medianın İnkişafı Agentliyi paralel olaraq  "media savadlılığı həftəsi” qismində kampaniyalar təşkil edir. Fikrimcə, bu cür proqramların və kampaniyaların təşkil olunması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır".

Mikayıl Mirzəzadə

Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 Dekabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri