Icma.az
close
up
RU
“Media savadlılığının artması üçün həm jurnalistin, həm də oxucunun savadlı olması lazımdır” Elçin Şıxlı

“Media savadlılığının artması üçün həm jurnalistin, həm də oxucunun savadlı olması lazımdır” Elçin Şıxlı

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu gün Media Agentliyinin “Media savadlılığı” mövzusuna həsr olunan silsilə tədbirlərin açılışında oldum. Diqqətimi çəkən çıxışlardan biri texnoblogger gəncin çıxışı oldu. O, saxta xəbərlə doğru xəbəri ayırd etməyin texniki tərəflərindən danışdı.“Deep fake” xəbərləri tapmaq üçün proqramlardan və.s bəhs etdi. İngilis dilini də bilməyin vacib olduğunu vurğuladı. Danışıqdan ümumi olaraq belə nəticəyə gəlmək olardı ki, media savadlılığı insanın səviyyəsindən, tərbiyəsindən, biliyindən asılıdır”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri  Elçin Şıxlı deyib:
“Normal düşüncəsi olan, dünyada baş verən proseslərdən başı çıxan insan nəyin yalan nəyin doğru olduğunu ayırd edə bilir. Ancaq informasiya çoxluğu istənilən adamı müəyyən məqamlarda çaşdıra bilər. Mənbələri də araşdırmaq lazımdır. Rəsmi xəbər yayılıbsa, rəsmi saytlardan dəqiqləşdirmək olar. “ChatGBT” kimi süni intellekt proqramları var. Xəbərin saxta və doğru olduğunu müəyyən etmək üçün süni intellektə də müraciət etmək mümkündür. Məsələn, İlon Maskla bağlı xəbər yayılıb. Şəklin üzərinə vurduqda aydın olacaq ki, o, belə bir ifadə işlətməyib.
İnsanlar texniki məqamları bilməsə belə, savadlı olmaq xəbərləri ayırd etməyə imkan verəcək.Savadı artırmaq üçün də məktəblərdən başlayaraq fənn kimi olmasa da, kurs kimi gənclərə öyrətmək lazımdır”. 
O bildirib ki, media savadlılığının artması üçün həm jurnalistin, həm də oxucunun savadlı olması lazımdır:
“Xəbəri istehsal edən media insanları yalan xəbər yaymamalıdır. Jurnalist özünə və işlədiyi media subyektinə hörmət edirsə, yalan xəbər yaymaz. 
Mən “The Economist”in, “Financial Times”ın verdiyi məlumata inanıram. Hansısa “Şarxəbər” saytının yazdığı məlumatı başa düşürəm ki, hay-küydən, gopdan başqa bir şey deyil.  Jurnalist belə üsullara əl atırsa, hoqqabazdır. Cəmiyyət savadlandıqca insanlar belə orqanlara və şəxslərə inanmayacaq. Bu qəzet dövründə də belə idi. İndi informasiya o qədər çoxdur ki, istehlak etmək çətin olur. Hər adam bunu edə bilmir.
Oxunmaq üçün çoxlu sayda saxta xəbərlər dərc olunur. İnsanlarımız da dedi-qoduya çox önəm verir”. 
Jurnalist qeyd edib ki, media oxucular üçün çalışmalıdır: 
“Məsələn, mən dedi-qodunu jurnalistika saymıram. Jurnalist doğru xəbər verməli və xəbəri oxucuya izah etməlidir. Məsələn xəbər verilir ki, Rusiyanın Suriyada bazaları var, ancaq oxucuya həmin bazaların orada olmasının əhəmiyyəti, hazırda Rusiyaya iqtisadi necə ziyan dəydiyi haqqında məlumat verilmir. Ciddi jurnalistika bununla məşğul olmalıdır. Saytlar bunu yazmaq əvəzinə İsraillə Türkiyənin müharibə edəcəyini yazır. Bu mümkün deyil. Türkiyə NATO-da ordu olaraq ikinci ölkədir. İnsanlar dünyada baş verən prosesləri düzgün başa düşməlidir. Məsələn, bizə elə gəlir, Suriyada baş verənlərin bizə heç vaxt təsiri ola bilməz. Ancaq hər şey bir-biri ilə bağlantılıdır. Nəticə olaraq mətbuat yalana qarşı müharibə aparmalı, insanların qarşısına ciddi xəbərlər çıxarmalıdır”. 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Dekabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri