Icma.az
close
up
RU
Media: Trampın ilk təşəbbüsləri ABŞ hökumətinin fəaliyyətində xaos yaradıb AZƏRTAC

Media: Trampın ilk təşəbbüsləri ABŞ hökumətinin fəaliyyətində xaos yaradıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın ölkə hökumətinin işi ilə bağlı ilk fərmanları xaosa səbəb olub

və bir sıra nazirlik və idarələrin işini qismən iflic edib. Bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, mənbələr qeyd ediblər ki, yeni Prezidentin vəzifəyə başlamasından sonrakı dövr adətən “müəyyən pozuntuların” olması ilə səciyyələnir, lakin bu dəfə əvvəlki və yeni administrasiyaların gündəmləri ilə bağlı “xaos” çox böyük fərqlər səbəbindən ifrat xarakter alıb. Hökumət işini yenidən qurduqca, hətta adi əməliyyatlar da yavaşlayır.

Nəşr yazır ki, səhiyyə və digər sosial məsələlərlə məşğul olan xidmətlər rəsmi ezamiyyətlərin ləğvi də daxil olmaqla, növbəti xəbərdarlığa qədər bütün xarici əlaqələri dayandırmağa məcbur olub. Müvəqqəti işə qəbulun dondurulması ABŞ Veteranlarla İş Departamentinin, Milli Park Xidmətinin və digər federal agentliklərin işinə əhəmiyyətli dərəcədə maneçilik törədir. Nəqliyyat Nazirliyi yol layihəsinin kompüter sisteminin fəaliyyətini müvəqqəti dayandırmalı olub.

WSJ-nin qeyd etdiyi kimi, digər problem Baydenin prezidentliyi dövründə proseduru təsdiqlənmiş müxtəlif dövlət qurumları arasında vəsaitlərin bölüşdürülməsi ilə bağlı qarışıqlı fəaliyyət idi. Bu səbəbdən ayrı-ayrı qurumlar bəzi funksiyalarının icrasını qismən dayandırır.

Bundan əvvəl “The New York Times” yazıb ki, Trampın imzaladığı fərmanların icrası ABŞ-da 50 minə yaxın federal məmurun işdən çıxarılmasına səbəb ola bilər.

Çərşənbə axşamı Tramp Ağ evin Kadrlar Departamentində Co Baydendən əvvəlki administrasiya dövründə təyin edilmiş 1000-dən çox məmurun işdən çıxarılması prosesinə başladığını elan etdi. O, yanvarın 20-də andiçmə mərasimindən sonra ABŞ-da dövlət qulluğu məsələlərini tənzimləyən bir sıra sərəncamlar imzalayıb. Digər tədbirlər arasında federal dövlət qulluqçularının işdən çıxarılması proseduru sadələşdirilir, onlara verilən zəmanətlərin miqdarı azaldılır, federal məmurlar üçün uzaqdan işləmək imkanları ləğv olunur və federal agentliklərdə inklüzivlik və müxtəliflik üçün bütün proqramlar bağlanılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Yanvar 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri