Icma.az
close
up
RU
“Medilife” klinikasına müayinəyə gedən gənc öldü Foto

“Medilife” klinikasına müayinəyə gedən gənc öldü Foto

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yanvar ayının 21-də günaorta saatlarında müayinə üçün getdiyi klinikada həkimlərin etdiyi müayinədən sonra dünyasını dəyişən 36 yaşlı Ceyhun Süleymanovun ölüm səbəbi ilə bağlı 7 gündür ailəsinə məlumat verilmir.

Tribunainfo.az xəbər verir ki, bu barədə mərhumun həyat yoldaşı sosial şəbəkədə yazaraq hüquqşünaslardan kömək istəyib. O bildirib ki, həyat yoldaşı C.Süleymanov müayinə üçün öz ayağıyla Sabunçu rayonunda yerləşən “Stimul” klinikasına gedib. Oradan isə onu “Medilife” klinikasına göndəriblər:

“Yoldaşım 1988-ci il təvəllüdlü Ceyhun Süleymanov Akif oğlu 21 yanvar səhər saatlarında, Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına müayinə üçün müraciət edir. Orada olduğu müddətdə təzyiqi aşağı düşür və oranın həkimləri onun özünü dərman almaq üçün aptekə göndərirlər. Yoldaşımın həmin “Stimul” klinikasına getməyi bağırsağıyla bağlı olub. Müayinə olunmaq məqsədilə “Stimul” klinikasına gedib. Klinikada narkoz həkimi olmadığı üçün həmin ərazidə yerləşən “Medilife” klinikasına yönləndirirlər. Həmin klinikada yoldaşımın bağırsaqları yoxlanması üçün heç bir analiz edilmədən, həkim yoxlanışı edilmədən dərhal bağırsağını 3-4 dəfə yuyurlar. Günorta saat 14:00-15:00 radələrində yoldaşım anasına zəng edir və anasına deyir ki, mən bu klinikadayam narahat olmayın, yaxşıyam, heç bir yerim ağrımır, tam yuyulub təmizlənəndən sonra baxacaqlar mənə, sonra gələcəyəm evə.
Hətta həmin ərəfədə palatada özünü videoya da çəkib. Ondan sonra ondan xəbər alınmır. Onunla gedən dostunun dediyinə görə evlə danışandan sonra yene bağırsağı yuyulur və bundan sonra klinikanın dəhlizində həkimlər təşvişlə ora-bura qaçırlar ki, bəs xəstə ayılmır.
21.01.2025 tarixindən bu günə qədər bizə yoldaşımın hansı səbəbdən dünyasını dəyişməsi barədə həmin klinikadan məlumat verilməyib. Aidiyyəti qrumlardan, xüsusilə yoldaşımın ölümü ilə əlaqədər bu işi aparan Sabunçu Rayon Prokurorluğundan, Səhiyyə Nazirliyindən, TƏBİB-dən və ümumiyyətlə bu işlə bağlı araşdırma apara biləcək qurumlardan artıq dərəcədə təvəqqe edirəm ki, iki azyaşlı övladlarımla və mərhum yoldaşımın hər iki xəstə valideyni ilə düşdüyümüz naəlac vəziyyətimizə ETİNASIZ VƏ LAQEYİD yanaşılmasın.
Bu ölüm işində təqsirkar və səbəbəkar olan hər kəs araşdırılaraq cəzalandırılsın. Mənim səhhətimlə bağlı problemlərim var. Heç bir yerdə işləmirəm. Qaynatam və qaynanam ağır xəsdədir. Evimizdə yeganə işləyən şəxs yoldaşım idi. Aidiyyəti qrumlardan çox xahiş edirəm, mənə kömək edəsiniz və mənim 11-12 yaşlı övladlarımın gözüyaşlı qalmalarının səbəbkarlarının kimliyi müəyyənləşsin”.

Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Yanvar 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri