Icma.az
close
up
RU
Medvedevin “menyu”sunda MARAQLI BƏNZƏTMƏ: Rusiya bu dövlətlərə hansı mesajları verdi? KONKRET

Medvedevin “menyu”sunda MARAQLI BƏNZƏTMƏ: Rusiya bu dövlətlərə hansı mesajları verdi? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Menyuda yüngül qəlyanaltılar – Brüssel kələmi, Britaniya balıq və çipsləri və Paris xoruzu var. Əsas yemək isə Kiyev kotletidir. Nuş olsun!”. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “X” hesabında yazdığı bu fikirlər birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb.

Maraqlıdır, Medvedev bu paylaşımla nəyə işarə edib və hansı mesajlar verməyə çalışıb?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Yəhudi Media mərkəzinin politoloqu Rüstəm Tağızadə bildirib ki, bu, özü-özlüyündə bir mesajdır.

“Medvedev ironiyalı cümlələrdən çox istifadə edir. Burada Brüsselə, Avropa ittifaqına, Ukraynaya, Fransaya və Böyük Britaniyaya söz atmaq məqsədi güdülüb. Bununla Medvedev demək istəyir ki, Rusiya müharibəyə hazırdır və qalib çıxacaq. Göründüyü kimi menyunun adını çəkməklə bildirir ki, biz bunları yemək – yəni məsələləri həll etmək iqtidarındayıq. Təbii ki, bu, Medvedevə aid olan fikirlərdir. Rusiya-Ukranya müharibəsi davam etdiyi bir vaxtda Moskva bu tipli cümlələrdən çox istifadə edib. Mesajın timsalında demək istəyirlər ki, Rusiya heç nədən qorxmur. Daha da güclənir.“

Siyasi şərhçi Rizvan Hüseynov isə bildirir ki, Medvedev həmişə özünəməxsus paylaşımlar edir.

“Burada məqsəd əslində heç də Rusiya-Ukrayna münasibətlərinə və müharibənin dayandırılmasına dəstək nümayiş etdirmək deyil. Əksinə, Ukraynaya sərt cavab verilir. Bu, onu göstərir ki, Rusiya rəhbərliyi daxilində müharibəni davam etmək istəyən qüvvələr var. Nəticəni də göürürük. Rusiya tərəfi Ukraynanın strateji sənaye komplekslərini, qaz paylayıcı sistemlərini vurur. Bu tip paylaşımlar onu göstərir ki, hər iki tərəfdə müharibəni davam etdirmək istəyən qüvvələr çoxdur”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Mart 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri