Medvedyev: “Ukraynada NATO sülhməramlılarına qətiyyən icazə yoxdur” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bəyan edib ki, Moskva Ukrayna ərazisində NATO ölkələrindən sülhməramlıların yerləşdirilməsi ideyasını tamamilə rədd edir.
KONKRET.az xəbər verir ki, Medvedyev bu barədə “X” sosial şəbəkəsində paylaşım edib: “Aydın şəkildə bildirilib: heç bir NATO sülhməramlısı olmayacaq. Rusiya bu cür ‘təhlükəsizlik zəmanətlərini’ qəbul etməyəcək”.
Xatırladaq ki, bundan öncə Rusiya xarici işlər naziri Sergey Lavrov da 2022-ci ilin “İstanbul formatına” qayıdılmasının mümkünlüyündən danışmışdı. Həmin modelə görə, Ukraynanın təhlükəsizliyinə zəmanət verən tərəflər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa olmalı idi.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 20 Avqust 2025 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















