Məğlub olsaydıq belə, komandamın çıxışından razı qalacaqdım
sport24.az saytına istinadən Icma.az xəbər verir.
Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Kəpəz" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matç haqda fikirlərini bildirib:
"Biz hər oyunda qalib gələcək qədər güclü deyilik. Amma hər oyunda qələbə qazanmağı qarşımıza məqsəd qoyuruq. Ümid edirəm ki, azarkeşlərimiz güclü "Kəpəz" görəcəklər. Məşqçinin kimliyindən asılı olmayaraq, güclü komanda formalaşdırmaq üçün vaxt lazımdır. Yalnız bu halda güclü və iddialı "Kəpəz"i geri qaytara bilərik.
Bu gün yaxşı komandaya qarşı oynadıq. "Qəbələ"ni düzgün təhlil etmişdik və rəqibin əsas futbolçularını zərərsizləşdirdik. Yaxşı oyun nümayiş etdirdik. Hətta məğlub olsaydıq belə, komandamın çıxışından razı qalacaqdım. Əlimizdə olan maliyyə imkanları ilə qənaətbəxş komanda toplamışıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 12 Sentyabr 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















