Icma.az
close
up
RU
Mehdiabad Digah Məhəmmədi yolunda avtobus dayanacaqları yox dərəcəsindədir ŞİKAYƏT

Mehdiabad Digah Məhəmmədi yolunda avtobus dayanacaqları yox dərəcəsindədir ŞİKAYƏT

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunun Mehdiabad qəsəbəsindən başlayaraq Digah yolu adlanan ərazidən Məhəmmədi kəndinə qədər yolboyu avtobus dayanacaqlarının yoxluğu sakinlərin narazılığına səbəb olub.

Oxu.Az-a ünvanlanan müraciətdə qeyd edilib ki, yolayrıcından başlayaraq bu marşrut boyu dayanacaq infrastrukturu mövcud deyil.

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yalnız bəzi məntəqələrə alüminium dirək quraşdırılıb və üzərinə avtobus dayanacağının olmasını bildirən nişan vurulub. Sakinlərin sözlərinə görə, AYNA-nın dayanacaq anlayışı bundan o tərəfə keçmir - nə kölgəlik, nə yağışdan qoruyan dam örtüyü, nə də oturacaq mövcuddur. Dayanacaq kimi seçilən ərazilərin məişət tullantıları ilə çirklənmiş vəziyyətdə olması da ayrı dərddir.

Digər bir problem isə dayanacaqlar üçün xüsusi "cib"lərin olmamasıdır. Belə ki, yol kənarında avtobusların saxlaması üçün nəzərdə tutulan genişlənmiş sahələr yoxdur. Nəticədə sürücülər məcbur olub avtobusu yolun ortasında saxlayırlar və bu da digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur", - deyə müraciətdə bildirilib.

Şikayətdə o da vurğulanıb ki, mövcud problemlə bağlı həm AYNA-ya, həm Abşeron Rayon İcra Hakimiyyətinin yerli nümayəndəliklərinə, həm də bələdiyyələrə dəfələrlə şifahi müraciətlər edilsə də, indiyədək heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırılıb.

"Məlumat üçün bildiririk ki, həmin ərazidə avtobus dayanacaqları üçün lövhələr mövcuddur. Lakin yolun ensizliyi səbəbindən pavilyonların quraşdırılması nəqliyyatın hərəkətinə maneə törədə bilər. Bununla belə, vətəndaşların rahatlığı nəzərə alınaraq, alternativ həll yolları müvafiq qurumlarla birlikdə araşdırılır. Həmçinin qeyd edirik ki, ərazidə tullantıların yığılması ilə bağlı məsələ nəzarətə götürülüb, mütəmadi təmizlik işlərinin aparılması üçün qəsəbə və kənd icra nümayəndəliklərinə, eləcə də bələdiyyələrə müvafiq tapşırıqlar verilib", - deyə məlumatda qeyd olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən, müntəzəm marşrutlarda sərnişinlərin nəqliyyat vasitələrinə minib-düşməsi yalnız müvafiq dayanacaq məntəqələrində həyata keçirilməlidir.

"Tərəfimizdən daşıyıcıya sürücülərin sərnişindaşıma qaydalarına əməl edilmələrinə nəzarətin gücləndirilməsi, marşrutun hərəkət sxemi üzrə təyin olunmuş dayanacaq məntəqələrində dayanmalarının vacibliyi vurğulanıb", - deyə T.Orucov bildirib.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Avqust 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri