Icma.az
close
up
RU
Mehdiyev bu quruma ağsaqqallıq edir: Kimsə cəsarət etmir… KONKRET

Mehdiyev bu quruma ağsaqqallıq edir: Kimsə cəsarət etmir… KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycan Milli Elmlər Akademiyasına Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin mənəvi baxımdan hələ də rəhbərlik etdiyini iddia etmək üçün kifayət qədər əsaslar var: bu qurumda Ramiz Mehdiyevin kadrları vəzifə pillələrində irəliləyir, həmçinin dövləti, cəmiyyəti önünə alan AMEA Rəyasət Heyəti “keçmiş rəhbərə” sədaqətini hər vəchlə nümayiş etdirməkdən zövq alır.

KONKRET.az xəbər verir ki, ötən gün AMEA-nın Aynur Günəşli haqda yaydığı açıqlamada özünüifşası, savadsızlığı, tarixlərlə uğursuz və rüsvayçı manipulyasiya cəhdi bir daha təsdiqlədi ki, bu qurum de-fakto deqradasiyaya uğrayıb, daxildən çürüyüb. Uzun müddətdir intriqalar yuvası olan, elmdən daha çox şəxsi maraqlara xidmət edən, dövlətdən aldığı dotasiyanı heç bir halda doğrultmayan bu qurumda aşınma Ramiz Mehdiyevin mənəvi və fiziki rəhbərliyi dönəmində daha da sürətlənib.

Ramiz Mehdiyev PA rəhbəri olarkən, AMEA-ya da nəzarət edirdi, orda öz kadrlarının yerləşdirilməsinin qayğısına qalırdı. Ramiz Mehdiyev AMEA prezidenti olandan (23 oktyabr 2019-cu il) qoyduğu ənənə yenidən davam edir. Ötən gün Ramiz Mehdiyevin AMEA-ya prezidentlik dövrünü dırnaq içərisində yazmaqla nə demək istədikləri yalnız öz məhdud təfəkkürlərinə bəlli olan açıqlamada AMEA mənsublarının hansı savad yiyəsi olduğu bir daha ortaya çıxdı.

Üstəlik, bu qurum cəsarəti çatıb Ramiz Mehdiyevlə bağlı qərarını vermir: DTX-nin ən ağır maddələrlə ittiham etdiyi Ramiz Mehdiyev AMEA-nın sayəsində “akademik təqaüdü” almağa davam edir. Bu qurum aylardır R.Mehdiyevi müzakirəyə çıxarmır; vaxt uzatmaqla məşğuldur, yayındırıcı, bir-birinə zidd məlumat verir, əvəzində Ramiz Mehdiyevin vaxtında AMEA Rəyasət Heyətinə gətirilən işçiləri qabağa çəkir, onların sabiq rəhbərə bağlı olduğu haqda iddianı isə savadsız, məntiqsiz, bir-biri ilə bağlı olmayan, bir-birini təkzibləyən təyinat tarixləri ilə yalanlamağa çalışır.

Bir “elm ocağı” ki, bu qədər savadsız, məntiqsiz açıqlamanı yaymaqdan utanmır;

Bir “elm ocağı” ki, Ramiz Mehdiyevin ənənəsini və milli maraqlara zidd siyasətini davam etdirir;

Bir “elm ocağı” ki, Dövlət Təhlükəsizliyi Xidməti kimi bu ölkənin elit qurumunun təkzibedilməz faktlarla dövlət çevrilişi və hakimiyyətin zorla ələ keçirilməsində ittiham etdiyi, evindən 17 milyon manat nağd pul çıxan şəxsi hələ də öz sıralarında saxlamağa inadla davam edirsə…

Bu dövlətin büdcəsindən bu elm ocağına hansı əsasla dotasiya ayrılmalıdır?

AMEA hansı dəyərinə görə maliyyələşdirilməlidir?

**bakupost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Fevral 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri